İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı

İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı
05.08.2026 14:47 Araşdırma

Yay aylarında bir çox insanın ünsiyyətdən uzaq durmaq istəməsinin səbəbi təkcə yorğunluq deyil.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı psixoloq Anastasiya Andriyan məlumat verib.

O bildirib ki, isti hava orqanizmi enerjiyə qənaət rejiminə keçməyə məcbur edir və bu da sosial ünsiyyətə marağın azalmasına səbəb olur.

Onun sözlərinə görə, orqanizm isti havada ilk növbədə bədən temperaturunu tənzimləməyə çalışır. Bu proses əlavə enerji tələb etdiyindən, psixika həyati əhəmiyyət daşımayan fəaliyyətləri, o cümlədən uzun ünsiyyəti arxa plana keçirir.

Psixoloq qeyd edib ki, yüksək temperatur insanın qıcıqlanmasını da artırır. Normal şəraitdə insanları daha rahat qəbul etməyə kömək edən psixoloji dözümlülük istidə zəifləyir. Nəticədə, hətta yaxın insanlarla ünsiyyət belə əlavə yük və narahatlıq kimi hiss oluna bilər.

Mütəxəssis əlavə edib ki, sosial ünsiyyət diqqət, uyğunlaşma və emosional enerji tələb edir. İsti havada isə insanlar bu enerjini sərf etmək istəmir, daha çox sakitlik və tək qalmağa üstünlük verirlər.

Anastasiya Andriyanın fikrincə, bu davranışın təkamül səbəbləri də var. O bildirib ki, bir çox canlı kimi insanlar da isti havada hərəkəti və aktivliyi azaldaraq kölgə və sakit mühit axtarmağa meyllidirlər.

Türkan isgəndərli

TodayPress TV

NEWS FEED
05 AUGUST 2026
Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 “Uilyams” çıxış yolunu gələcək mövsümdə axtarır 16:45 İstidə təkcə bədən yox, dişlər də susuz qalır 16:33 Nigar Fərhadın əri həbs edildi 16:26 Yaş artdıqca niyə qida zövqümüz dəyişir? 16:21 Kobaxidze Abxaziya ilə bağlı təşəkkür etdi 16:12 “Hall Siti”dən səs-küylü transfer: “Olimpiakos”un qapıçısı İngiltərəyə yollandı 16:11 U-15 qız millimiz beynəlxalq arenada öz sözünü deməyə hazırdır 15:53 Deputat: "Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir" 15:51 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ 15:39 Yayda balıq tutanlara xəbərdarlıq - Qadağaları pozanları nə gözləyir? 15:24 Hikmət Hacıyev: Azərbaycan heç vaxt öz ərazisindən qonşu ölkəyə qarşı istifadə olunmasına icazə verməz 15:12 İldırım meydanda faciə yaratdı: futbolçu həyatını itirdi 15:04 Quayakildə medal hədəfi: millimiz hazırdır! 15:00 Şimalda həftə hərarətli keçdi - İki ölkə raket duelinə çıxdı 14:57 İsti havada niyə insanlarla ünsiyyət qurmaq istəmirik? - Psixoloq açıqladı 14:47 Ukrayna Rus dronlarının yaradıcısını hədəf taxtasına qoydu - GÖRÜNTÜLƏR 14:40 Torpaq sürüşməsi maşınları əzdi – Sürücülərin zərərini kim ödəyəcək? 14:30 Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək 14:26 Digahda məhkuma aid silah-sursat aşkarlandı 14:11 Qələbə kölgədə qaldı: Neymar qalmaqal yaratdı! 14:15 Özbəkistan elə bir addım atdı ki... - Mərkəzi Asiya Kremlin kölgəsindən çıxır? - ŞƏRH 14:10 All News