“Samsunspor”un istədiyi futbolçu “Qarabağ”ı seçdi

“Samsunspor”un istədiyi futbolçu “Qarabağ”ı seçdi
02.07.2026 19:34

"Qarabağ" transfer çalışmalarını davam etdirir.

TodayPress TV Offsideplus.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi son olaraq Cebrail Makretskislə danışıqların son mərhələsindədir.

Bu barədə "CsakFoci" məlumat yayıb.

Makretskis 3 mövsümdür "Ferentsvaroş"da çıxış edir. O, müdafiənin sağında oynayır.

Qeyd edək ki, Türkiyə pasportuna sahib olan futbolçu ilə "Samsunspor" da yaxından maraqlanırdı. Lakin o, seçimini "Qarabağ"dan yana edib.