“Şamaxı” daha bir oyunçu ilə yollarını ayırdı

“Şamaxı” daha bir oyunçu ilə yollarını ayırdı
29.05.2026 01:00

“Şamaxı” futbol klubu növbəti ayrılığı açıqlayıb.

TodayPress TV xəbər verir ki, Premyer Liqa klubunu müdafiəçi Arsen Ağcabəyov tərk edib.

Qeyd edək ki, bu, cari mövsüm başa çatdıqdan sonra “Şamaxı”dan ayrılan 9-cu futbolçudur.

Klub daha öncə Rodriqo Fernandes, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rüfət Abbasov, Karim Rossi və Səlim Həşimovla da yollarını ayırıb.

TodayPress TV