“Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü

“Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü
20.08.2026 13:42

“Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiç UEFA Çempionlar Liqasında Azərbaycan futbolu adına rekorda imza atıb.

TodayPress TV Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, Simiç Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer Şeva” ilə səfər oyununda (1:2) komandasının yeganə qolunu vurub.

Beləliklə, 30 yaşlı futbolçu UEFA Çempionlar Liqasında ardıcıl 5 oyunda qol vuran ilk oyunçu kimi Azərbaycan futbolu tarixinə düşüb.

Simiç cari mövsüm turnirin II təsnifat mərhələsində Finlandiyanın “KuPS” klubuna qarşı keçirilən hər iki görüşdə (1:0, 2:0) fərqlənib. Daha sonra III təsnifat mərhələsində Danimarkanın “Orhus” komandası ilə matçlarda da rəqib qapısına yol tapıb.

Namiq HUN

TodayPress TV