Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi

Qahirədə qızıl qazandı, reytinqdə zirvəyə doğru irəlilədi
13.08.2026 15:22

Bocciaçı Sona Ağayeva reytinq cədvəlində iki pillə irəliləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 

Hesabını 38,2 xala yüksəldən paralimpiyaçı Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran reytinq cədvəlində irəliləyib. Sona 17-ci pillədən 15-ci yerə yüksəlib.

Qeyd edək ki, idmançı Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində BC2 kateqoriyasında qızıl medal qazanmaqla buna nail olub. Sona  Ağayeva turnirdə 6,5 reytinq xalı əldə edib.

Namiq HUN