"Liverpul" Arne Slotla yolları ayırdı

"Liverpul" Arne Slotla yolları ayırdı
30.05.2026 16:30

İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla yolları ayırdığını açıqlayıb.

TodayPress TV Liverpul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq yeni məşqçi təyinatının prosesinə başlanıldığı bildirilib.

Niderlandlı mütəxəssis 2024/2025 mövsümündə komandaya İngiltərə Premyer Liqasında 20-ci çempionluğunu qazandırıb.

Sözügedən dönəm ərzində Slotun rəhbərliyi altında "Carabao Kuboku"nun finalına və UEFA Çempionlar Liqasının 1/8 finalına qədər irəliləyən "Liverpul" 2025/2026 mövsümündə çempionluq qazanaraq ardıcıl 2-ci dəfə qitənin nüfuzlu turnirinə vəsiqə qazanıb. Həmçinin Premyer Liqa təmsilçisi 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında 1/4 finala qədər yüksəlib və burada iki oyunun nəticəsinə görə (0:4) PSJ-yə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, A.Slot 2024-cü ilin yayından "Liverpul"u çalışdırırdı.

TodayPress TV