Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır
29.05.2026 05:00

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Motor” klubundan ayrılır.

TodayPress TV xəbər verir ki, bu barədə Lublin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı hücumçu ilə iyunun 30-da başa çatacaq müqavilənin müddəti uzadılmayacaq.

Qeyd edək ki, “Motor” klubuna ötən ilin iyul ayında qoşulan Renat Dadaşov bu komandanın heyətində 22 oyun keçirib.

TodayPress TV