Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı

Azərbaycan millisi Dünya Kubokunda növbəti qələbəsini qazandı
03.06.2026 20:00

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

TodayPress TV