Avropa Liqası: Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

Avropa Liqası: Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu
12.06.2026 21:40

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rəqibin 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi növbəti oyununu sabah İspaniya yığmasına qarşı keçirəcək.

TodayPress TV