Uşaqlar üçün sosial xidmət müəssisələrində onlayn təlim keçirildi

Uşaqlar üçün sosial xidmət müəssisələrində onlayn təlim keçirildi
19.05.2025 18:12 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən uşaqlar üçün sosial xidmət müəssisələrinin fəaliyyətində keyfiyyətin artırılması məqsədilə onlayn təlim keçirilib. 

TodayPress TV xəbər verir ki, iki gün davam edən təlim sosial xidmət müəssisələrində olan uşaqların öz ailələrinə reinteqrasiyası prosesi zamanı göstərilən sosial xidmətin keyfiyyətinin artırılması məqsədi ilə təşkil edilib.   

Təlimdə Agentliyin müvafiq strukturlarının əməkdaşları, regional filialların nümayəndələri, uşaq müəssisələrinin rəhbərləri, sosial işçilər və mentorlar iştirak ediblər.   

Təqdimatlarda müəssisələrdə yaşayan uşaqların qiymətləndirilməsi, fərdi inkişaf planlarının hazırlanması və digər mühüm fəaliyyətlərlə bağlı nümunələr təqdim edilib.

Uşaqların rifahı, onların ailə mühitində böyüməsinin təmin olunması və ümumilikdə qeytkipinq prosesinin effektiv təşkili alətlərinin əhəmiyyətindən danışılıb.   

Təlim prosesində real nümunələr əsasında təhlillər və qarşılıqlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Bütün Xəbərlər