Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir
17.06.2026 12:40 Sosial

Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşir.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

"Psixiatriya yardımı haqqında” qanuna əsasən, psixiatriya müayinəsi şəxsin psixi vəziyyətini, psixiatriya yardımına ehtiyacı olub-olmadığını müəyyənləşdirmək, habelə psixiatriya yardımı göstərilməsi barədə qərar qəbul etmək məqsədi ilə həyata keçirilir. Qanunun 17.2-ci maddəsinə görə psixiatriya müayinəsi, habelə profilaktik müayinə şəxsin yaşadığı ərazinin müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən, eləcə də müayinə olunanın və ya 16 yaşına çatmamış şəxsin valideynlərinin (qanuni nümayəndəsinin) razılığı (xahişi) ilə, həmçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxsin qanuni nümayəndəsinin razılığı (xahişi) ilə aparılır.

İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsi anlaqsız vəziyyətdə hüquqazidd əməl törədən şəxsin inzibati məsuliyyətini istisna etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin psixiatriya müayinəsi ilə əlaqədar prokuror və ya müvafiq səlahiyyətli şəxs tərəfindən qərarın qəbul edilməsi ilə bağlı “Psixiatriya yardımı haqqında” qanunda hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə ki, psixi pozuntu vəziyyətində olan şəxsin özünün, habelə başqa şəxslərin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən qanuna 19.2-1-ci və 17.4-cü maddələrin əlavə edilməsi təklif olunur.

Bu xüsusda psixi pozuntu vəziyyətində olan şəxslərin və ya onların qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması ilə bağlı qanuna yeni 17.2.5-ci maddənin əlavə edilməsi təklif edilir.

Eyni zamanda bu kateqoriyadan olan şəxslərin məhkəmənin qərarına qədər qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsi haqqında həkim-psixiatrın qərarı, psixiatriya müəssisəsinin rəhbəri tərəfindən dərhal həmin şəxslərin yaxın qohumlarına və qanuni nümayəndələrinə, prokurora və ya müvafiq səlahiyyətli şəxsə məlumat verilməsi ilə bağlı qanunun 25.1-ci maddəsinə əlavənin edilməsi nəzərdə tutulur.

Bununla yanaşı layihədə psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatların elektron sağlamlıq kartı sistemində saxlanılması, adıçəkilən şəxsə göstərilən yardım tədbirləri barədə məlumatların şəxsin özü tərəfindən elektron sağlamlıq kartı sistemindən əldə edilməsi, həmin şəxsin qanuni nümayəndəsinə isə qeyd olunan məlumatların onun yazılı müraciətindən sonra 2 iş günü ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunması; habelə müalicədən imtina edilməsi ilə bağlı məlumatların elektron sağlamlıq kartı sisteminə daxil edilməsinə dair Qanunun 7.2-ci, 7.5-ci və 10.2-ci maddələrinə müvafiq müddəaların əlavə edilməsi təklif edilir.

Göstərilənlərdən əlavə, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilmiş, özünə və ya digərlərinə təhlükə yaradan şəxslərin digər pasiyentlərdən təcrid olunaraq müalicəsi və rejim qaydalarının təmin edilməsi məqsədilə qanuna yeni 12.4-cü və 24.2-1-ci maddələrin əlavə edilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, qanun layihəsinin qəbulu psixiatriya yardımı sahəsində qanunvericilikdə mövcud olan hüquqi boşluqların aradan qaldırılmasına və bu sahədə qaydaların təkmilləşdirilməsinə xidmət edəcək.

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
İran və ABŞ arasında saziş bu tarixdə imzalana bilər - Tramp açıqladı 20:45 Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq" 20:01 ADSEA-dan su ehtiyatları ilə bağlı vacib XƏBƏRDARLIQ 20:10 Qəbul imtahanında maksimum nəticə göstərən şagirdlərin adları açıqlandı 20:30 Xocalıda intensiv meyvə bağlarına və heyvandarlıq kompleksinə baxış keçirildi 19:43 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi 20:13 İran və Çin XİN rəhbərləri tarixi sazişi müzakirə etdilər 19:28 Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki... 19:39 Kiyevə 500 milyon avro: Vəsaitin yarısı dronların alınmasına xərclənəcək 19:17 Azərbaycan və Koreya münasibətlərinin inkişafı müzakirə olundu 19:13 Türkiyənin 54 vilayətində əməliyyat keçirildi, 258 nəfər saxlanıldı 18:54 “Mənim sazişim nüvə silahına qarşı bir divardır” – ABŞ liderindən İrana mesaj 18:45 Paşinyan Hikmət Hacıyevdən danışdı: İlk dəfə Ermənistanda.. 18:32 Köçəryanın toxunulmazlığı ləğv edilir? - Sabiq prezidentin adı yenidən gündəmdə 18:18 "Tasnim": ABŞ və İran arasındakı memorandum sənədi qeyri-dəqiqdir 18:08 Ceyhun Bayramov Abraham Hamade ilə TRIPP layihəsini müzakirə etdi 18:02 Türkiyəyə qurulan illərin məşhur bank tələsi suya düşdü - Xitam verildi 17:55 Bacarırsınızsa, çıxın küçələrə, inqilab edin, hökuməti dəyişin!... 17:50 Ağ Evdən ABŞ-İran gizli sazişi ilə bağlı ŞOK AÇIQLAMA: O sənəd saxtadır! 17:42 Tonzillit necə inkişaf edir? Boğaz iltihabının səbəbləri və müalicə yanaşmaları 16:09 Xətaidə mağazadan 10 min manat oğurlandı 17:33 Azərbaycanın Qarabağla bağlı atdığı addım bütün imperiyanı çalxaladı 17:16 Bakının gur yerində terrorçu avtobusa bomba yerləşdirib qaçdı - 80 -lərin ən səsli-küylü cinayəti 17:15 İsrail dövlətindən "əcəl zəngi" - Ərdoğan Yaxın Şərqdə Osmanlı düzəni qurur 16:57 Konfrans Liqası: "Neftçi"nin potensial rəqibləri müəyyənləşdi 16:46 All News