Pensiyalar bu qədər artacaq - Rəqəmlər AÇIQLANDI

Pensiyalar bu qədər artacaq - Rəqəmlər AÇIQLANDI
29.01.2026 14:06 Sosial

"Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək".

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli öz "Facebook" hesabında yazıb.   


Deputat bildirib ki, pensiyalar hər ilin yanvar ayında  artırılır: 

"Ötən ilin ortalarından bəri tez-tez “pensiyaçılara şad xəbər” başlıqlı məlumatlar tirajlanır ki, yaxın zamanda pensiyalar artırılacaq. Bizə suallar daxil olanda bildirmişdik ki, qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu, növbəti ilin yanvar ayında həyata keçirilir".   

O qeyd edib ki, pensiyalar qanuna uyğun olaraq  artırılacaq: 

"Əmək pensiyalarının hər il indeksləşdirilməsi “Əmək pensiyaları haqqında” Qanunun tələblərindən biridir. Yəni bu, vətəndaşın qanunla müəyyən edilmiş hüququdur. Nəhayət, qanunla müəyyən edilmiş qaydada pensiyaların artırılması vaxtı çatıb. Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək".

Analitik diqqətə çatdırıb ki, pensiyalar illik əmək haqqı artımına uyğun artırılır: 

"Ona görə də 2026-cı ilin pensiya artımları barədə çoxsaylı müraciətləri sistemləşdirərək, “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq suallara cavab veririk. “Əmək pensiyaları haqqında” Qanunun 29-cu maddəsinin 1-ci bəndinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika Komitəsi tərəfindən elan edilən əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə əsaslanır. Məsələn, ötən il, yəni 2025-ci ildə əmək pensiyaları 2024-cü ilin orta aylıq əmək haqqının nominal artım göstəricisinə uyğun olaraq 8,1 faiz artırılmışdı. Bu il də əmək pensiyaları 2025-ci ilin orta aylıq əmək haqqının artım tempinə uyğun indeksləşdiriləcək".

Onun sözlərinə görə, hələlik artımın dəqiq göstəricisi məlum deyil. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında orta əmək haqqı 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 9,3 faiz artıb. Rəsmi açıqlamalarda 9–9,2 faiz arasında artım olacağı bildirilir. Artımın dəqiq faizi fevral ayının əvvəllərində məlum olacaq. Dövlət Statistika Komitəsi 2025-ci il üzrə nominal əmək haqqının orta illik artım tempini elan etdikdən sonra, həmin göstəriciyə uyğun olaraq 2026-cı il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması barədə fevralın əvvəllərində prezident sərəncamı veriləcək.

Parlamentari vurğulayıb ki, pensiyalar 33–50 manat aralığında artırılacaq: 

"Pensiya artımlarının konkret məbləği təxminən belə olacaq: ötən il median pensiya səviyyəsində (360 manat) pensiya alanların artımı təqribən 33 manat olacaq və pensiyalar 393 manata çatacaq; orta pensiya (543 manat) ətrafında pensiya alanların artımı isə təxminən 50 manat olub 593 manata çatacaq".   Deputat bildirib ki,  2026-cı ildə pensiya artımı əmək pensiyalarının bütün növlərinə — yaşa görə, ailə başçısını itirməyə görə və əlilliyə görə — şamil olunacaq. Bu artım təxminən 1,1 milyon pensiyaçını əhatə edəcək”.

Ekspert yanvar ayının artımının ödənməməsinin səbəbini belə izah edib: 

"Pensiyaçılar bu ilin yanvar ayında artımı almayıblar, çünki 2025-ci il üzrə orta əmək haqqının illik artımı hələ məlum deyildi. Artan pensiyalar yanvar-fevral ayları üçün fevral ayında birgə ödəniləcək. Məsələn, 400 manat pensiya alan vətəndaşın pensiyası 37 manat artaraq 437 manata çatacaq, fevralda həm yanvar, həm də fevral artımı birlikdə ödəniləcək və pensiya 474 manat olacaq. Martdan isə pensiya 437 manat səviyyəsində ödəniləcək". 

Onun dediyinə görə, fərdi hesabda olan pensiya kapitalı da indeksləşdirilir:

“Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsinə əsasən, fərdi hesabda qeydə alınan pensiya kapitalı istehlak qiymətləri indeksinə uyğun artırılır. Ötən il fərdi hesablar 2,2 faiz səviyyəsində indeksləşdirilmişdi. 2026-cı ildə isə fərdi hesablar 2025-ci ilin inflyasiya göstəricisinə uyğun olaraq 5,6 faiz artırılacaq. Məsələn, minimum 46 080 manat pensiya kapitalı olan vətəndaşın vəsaiti 2 580 manat artırılaraq 48 660 manata, fərdi hesabında 60 000 manat olan pensiyaçının vəsaiti isə 3 360 manat artırılaraq 63 360 manata çatacaq". 

Əli Məsimli sonda xüsusilə vurğulayıb ki, pensiyalar artsa da, inflyasiyaya qarşı tədbir vacibdir:

"Beləliklə, 2026-cı ildə əmək pensiyaları təxminən 9 faiz, fərdi hesabdakı pensiya kapitalı isə 5,6 faiz artacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək. Pensiyaların ildə bir dəfə indeksləşdirilərək artırılması müsbət haldır, lakin məsələ bununla yekunlaşmır. Qiymətlərin də artdığı nəzərə alınmalıdır. Buna görə real təsir göstərə biləcək antiinflasiya tədbirləri həyata keçirilməli, pensiya artımları inflyasiyanın “yeminə” çevrilməməli, pensiyaçılar əlavə ərzaq, dərman və digər ehtiyaclarını qarşılaya biləcək vəziyyətə gətirilməlidir". 

Jalə Rövşən

NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 All News