Nazir: "İşçi hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərinin icrasına əlavə stimul yaradılır"

Nazir: "İşçi hüquqları ilə  bağlı işəgötürənlərin öhdəliklərinin icrasına əlavə stimul yaradılır"
18.06.2025 16:50 Sosial

Son dövrlər əmək qanunvericiliyinə edilmiş dəyişikliklər sahibkarlığın inkişafına xidmət etməklə yanaşı, işəgötürənlərə münasibətdə daha humanist yanaşmaları özündə əks etdirir. 

TodayPress TV xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nin açılışı zamanı çıxışında bildirib. 

O qeyd edib ki, əmək qanunvericiliyinin pozulmasına görə inzibati cərimənin şərti tətbiq edilməsinin dairəsi genişləndirilərək belə maddələrin sayı 10-a çatdırılıb. Həmin maddələr üzrə pozuntulara yol verən işəgötürənlərə onların aradan qaldırılması üçün vaxt verilir, işçilərin əmək hüquqları bərpa edildikdə işəgötürən cərimə ödəməkdən azad olunur. Bu həm də işçilərin hüquqları ilə bağlı işəgötürənlərin öhdəliklərini yerinə yetirməsinə əlavə stimul yaradır. 

Nazir əlavə olaraq bəzi inzibati cərimələrin də şərti tətbiqi məqsədilə qanunvericiliyə yeni dəyişiklik layihəsinin hazırlanmaqda olduğunu bildirib. Anar Əliyev bu ilin əvvəlindən icra olunan növbəti, 2018-ci ildən 5-ci sosial islahat paketi üzrə 3 milyon insanı əhatə edən əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə artımlar edildiyini, bu artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrıldığını deyib.

O, Vətən müharibəsindən sonra sosial dəstək paketi üzrə şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar, müharibə veteranlarından ibarət 131 minədək şəxsə 388 min sosial xidmət göstərildiyini, sosial ödənişlərin orta hesabla 2 dəfə artırıldığını qeyd edib. Son illərdə 2 milyondan çox şəxsin aktiv məşğulluq tədbirləri ilə əhatə olunduğunu, o cümlədən 750 mindən çox şəxsin münasib işlə təmin edildiyini, 103 mindən çox şəxsin özünüməşğulluq proqramına, 45,6 min şəxsin peşə hazırlığına cəlb olunduğunu bildirib.

Nazir “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi üzərindən artıq təxminən 1,6 milyondan artıq əmək müqaviləsinin e-qaydada bağlandığını, bunun da mövcud əmək müqavilələrinin 87 faizini təşkil etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkə üzrə bütün vakansiyaların ƏMAS-da vahid platformada cəmlənməsi işsiz və işaxtaranların məşğulluq imkanlarını genişləndirməyə və əmək bazarında dinamikliyə müsbət təsir göstərir. 

 “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün önəmindən bəhs edən nazir Anar Əliyev bildirib ki, layihədə könüllü iştirak üçün müraciət edən işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə ekspertlər tərəfindən diaqnostik qiymətləndirmələr aparılır. Qiymətləndirmələr nəticəsində mövcud boşluqlar aşkar edildikdə onların həlli üçün tövsiyələr verilir və müvafiq təlimlər təşkil olunur. Bu zaman aşkar olunan pozuntularla bağlı hər hansı bir məsuliyyət tədbiri də tətbiq edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərginin bu ilki tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır. 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərini nümayiş etdirdiyi sərgidə Dövlət Məşğulluq Agentliyi ayrıca stend ilə təmsil olunur, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri də təqdim edilir. 

Dövlət rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirin iştirakçıları yerli şirkətlərin sərgidə nümayiş etdirilən məhsul və xidmətləri ilə tanış olublar.

FOTOLAR

Nazir: "İşçi hüquqları ilə  bağlı işəgötürənlərin öhdəliklərinin icrasına əlavə stimul yaradılır" — 1
Nazir: "İşçi hüquqları ilə  bağlı işəgötürənlərin öhdəliklərinin icrasına əlavə stimul yaradılır" — 2
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər