Gəncədə içməli su təchizatı yaxşılaşdırılır

Gəncədə içməli su təchizatı yaxşılaşdırılır
22.12.2025 17:12 Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su və tullantı su təchizatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. İşlər Beynəlxalq layihələr çərçivəsində və büdcə vəsaiti hesabına intensiv olaraq davam etdirilir. 

TodayPress TV xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, Gəncə şəhərinin içməli su təchizatı 3 mənbədən təmin edilir:

“Şəmkirçay su anbarından götürülən su Sutəmizləyici Qurğular Kompleksində təmizlənərək şəhərə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də şəhəri içməli su ilə təmin edir”.

Mətbuat katibi onu da vurğulayıb ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi şəhərin içməli və tullantı su təchizatı, yağış sularının idarə olunması xidmətlərini həyata keçirir və 74 min abonentə xidmət göstərir.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində diametri 530 millimetrdən 820 millimetrə qədər müxtəlif ölçülü 58,2 kilometr magistral, diametri 110 millimetrdən 450 millimetrədək 309 kilometr içməli su xətti çəkilib.

21384 su sayğacı quraşdırılıb. Həcmi 21 min kubmetr olan 5 su anbarı tikilib, 6 min kubmetrlik su anbarının tikintisi üzrə isə işlər 50 faiz icra olunub.

Diametri 1600 millimetrə qədər müxtəlif ölçülü 324 kilometr kanalizasiya xətti çəkilərək abonent birləşmələri verilib. Sözügedən işlər beynəlxalq layihənin tələblərinə uyğun aparılıb. 

Büdcə vəsaiti hesabına isə diametri 450 millimetrədək 61 kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometr kanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələri verilib. 

Gəncə şəhər sakinləri görülən işlər barədə razılıqlarını bildirirlər. Şəhər sakini Suliddin Hüseynov intensiv yağışlar zamanı onların yaşadıqları ərazidə əvvəllər su yığıntılarının əmələ gəldiyini, tullantı su şəbəkələrində yüklənmələr olduğunu deyir. O qeyd edir ki, məskunlaşmanın artması magistral kanalizasiya borularının daha böyük diametrli xətlərlə əvəzlənməsi zərurəti yaradırdı: “İndi şükürlər olsun hər şey düzəlir. Əminik ki, işlər bitəndən sonra su təchizatında daha problem yaşamayacağıq”. 

Sakin Elşən Ələkbərov da sevincini belə bölüşür: “Yaşadığımız əraziyə yeni su, kanalizasiya xətti çəkildiyinə görə çox sevincliyik.  Küçəmiz gözəlləşib, suyu var, asfaltı var. Əziyyət çəkənlərin hamısından razıyıq. Cənab prezidentimiz sağ olsun, Gəncə şəhərinə bu qayğısına, diqqətinə görə” 

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi layihəsi çərçivəsində 9396 ədəd sayğac quraşdırılıb. Sayğaclar abonentlərin su sərfiyyatını dəqiq ölçməyə, itkilərin və qeyri-şəffaflıq hallarının qarşısını almağa imkan verir. Layihə həmçinin su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, istifadəçilərin sərfiyyata uyğun ödəniş etməsinə şərait yaradır. 

Müasir tələblərə cavab verən infrastruktur yaradılır. Bu sistemin əsas tərkib hissəsini mərkəzi su anbarları təşkil edir. Hazırda Gəncə şəhərinin içməli su təchizatı 6 mərkəzi su anbarı vasitəsilə həyata keçirilir. Anbarlarda toplanan sular müvafiq qaydada təmizlənmə, dezinfeksiya və nəzarət proseslərindən keçdikdən sonra şəbəkələr vasitəsilə əhalinin istifadəsinə verilir.

Şəhərin bir hissəsinə verilən içməli su dörd min kubmetirlik anbardan ötürülür. C. Musaoğlu bildirib ki, bu anbar Göygöl su mənbəyindən qidalanır və şəhərin əsas su anbarlarından biri hesab olunur: “Mənbədən anbara daxil olan suyun keyfiyyəti yoxlanılaraq siyirtmə kameraları vasitəsilə özüaxımlı rejimdə, yəni elektrik enerjisindən istifadə edilmədən şəhərə ötürülür”.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər şəhərin su infrastrukturu üçün mühüm mərhələ təşkil edir. Görülən tədbirlər suyun keyfiyyətinin yüksəldilməsinə, xidmətin dayanıqlığının və etibarlılığının artırılmasına, itkilərin azalmasına, abonent məmnuniyyətinə şərait yaradır.

TodayPress TV

PHOTOS

Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 1
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 2
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 3
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 4
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 5
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 6
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 7
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 8
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 9
NEWS FEED
15 JUNE 2026
Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 All News