Ekspert: “Ödənişli atalıq məzuniyyəti münasibətlərdə yeni mərhələ yaradacaq”

Ekspert: “Ödənişli atalıq məzuniyyəti münasibətlərdə yeni mərhələ yaradacaq”
05.12.2025 16:00 Sosial

Azərbaycanda Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən kişilərə uşağın doğulması ilə əlaqədar 14 təqvim günü ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur. Bu yenilik həm sosial siyasət, həm də ailədaxili münasibətlər baxımından mühüm islahat kimi dəyərləndirilir. 


Məsələ ilə bağlı TodayPress TV-yə danışan sosioloq Hüseyn İbrahimov bildirib ki, təklif olunan dəyişiklik həm ailələrin rifahına, həm də gender bərabərliyinə xidmət edən əhəmiyyətli addımdır.

Onun sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə atalıq məzuniyyəti artıq uzun illərdir tətbiq olunur və cəmiyyət tərəfindən müsbət qarşılanır. 

"Bu praktika təkcə atanın prosesə cəlb olunması deyil, həm də uşağın psixoloji inkişafı və ailədaxili münasibətlərin sağlam qurulması baxımından vacibdir. Bəzi ölkələrdə atalar üçün məzuniyyət hətta 1 aya qədər uzanır və bu, ailənin ilk günlərdən yükün paylaşılmasına kömək edir. Azərbaycanda da belə bir hüququn verilməsi kişilərin ailə həyatında rolunu artıracaq".

Ekspertin fikrincə, təklif təsdiqlənəcəyi təqdirdə kişilər bu hüquqdan geniş şəkildə istifadə edəcəklər. Çünki ailəyə yeni üzvün gəlməsi həm emosional, həm də məişət baxımından valideynlərin daha çox birlikdə iştirakını tələb edir:

"Kişilər çox vaxt iş rejiminə görə ailəyə lazım olan diqqəti göstərə bilmirlər. Ödənişli atalıq məzuniyyəti onların bu dövrdə aktiv iştirakını təmin edəcək. Hesab edirəm ki, yeni qayda təmin olunsa, bu hüquqdan istifadə edən kişilərin sayı kifayət qədər çoxalacaq".

Sosioloq vurğulayıb ki, atalıq məzuniyyəti həm də gender bərabərliyinin reallaşmasına ciddi töhfə verəcək:

"Çünki indiki sistemdə uşağın doğumundan sonra bütün məsuliyyət əsasən ananın üzərinə düşür. Bu dəyişiklik yükün bölüşdürülməsi baxımından çox önəmlidir. Ana psixoloji və fiziki bərpa dövründə olur. Atanın da evdə olması həm ona dəstəkdir, həm də uşağın ilk günlərində ata bağının yaranmasına imkan verir. Bu yenilik ailə münasibətlərində emosional yaxınlığı artıracaq, valideynlərin birlikdə qərar vermə və problemləri həll etmə bacarıqlarını gücləndirəcək. Ailənin ilk günlərdən birlikdə olması valideynlər arasında daha sağlam kommunikasiya yaradır. Bu, mübahisələrin qarşısının alınmasında, uşağın daha rahat mühitdə böyüməsində mühüm rol oynayır".

Hüseyn İbrahimov hesab edir ki, bu dəyişiklik Azərbaycanın sosial dövlət modelinin daha da gücləndirilməsinə xidmət edir:

"Bu, sırf hüquqi dəyişiklik deyil, həm də dövlətin ailə institutuna verdiyi önəmin göstəricisidir. Hökumət uşağın doğumu kimi həssas bir dövrdə hər iki valideynin də yanında olmasını təşviq edir. Bu, həm sosial rifah, həm də demoqrafik proseslər üçün əhəmiyyətlidir", - deyə o qeyd edib.

Türkan İsgəndərli

NEWS FEED
16 JUNE 2026
Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 All News