Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək
02.02.2026 17:01 Sosial

Nazirlər Kabinetinin yeni qərarına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 4 müavinət növünü proaktiv qaydada təyin edəcək.

Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, həmin növlər aşağıdakılardır:

- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

- hamiləliyə və doğuma görə müavinət;

- 3 yaşınadək uşağa qulluğa görə müavinət;

- dəfn üçün birdəfəlik müavinət;

Beləliklə, proaktiv mexanizm əsasında təyin edilən digər sosial ödənişlərdə olduğu kimi, bu müavinətlərin alınması üçün də heç bir quruma müraciət etməyə və sənəd təqdim etməyə ehtiyac qalmayacaq.

Qeyd edilən müavinət növlərinin proaktiv qaydada təyin edilməsi prosesinə 2026-cı ilin mayın 1-dən başlanacaq.

Yeni qərarla, həmçinin MDSS əsaslı bir sıra müavinətlərin hesablanması qaydası və ödənilməsi müddətləri ilə bağlı humanist yanaşmalar nəzərdə tutulub. Ümumilikdə son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü 16:37 Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 All News