Azərbaycanda kimlərin pensiya yaşı azaldılacaq? - AÇIQLAMA

Azərbaycanda kimlərin pensiya yaşı azaldılacaq? - AÇIQLAMA
07.01.2026 15:49 Sosial

"Pensiya yaşının hər iki cins üçün eyni olması ədalətlidir. Qadınlar çoxdan gender bərabərliyini tələb edirdilər və hökumət də bu tələbi qəbul etdi və indi bərabərlik bütün sahələrdə, o cümlədən pensiyalarda mövcuddur. Yəni mövcud sistem bu baxımdan ədalətlidir. Hətta qadınlar üçün daha üstün vəziyyətdir, çünki qadınlar kişilərdən daha uzun yaşayırlar". 

Bu fikirləri TodayPress TV-yə açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, əgər tam ədalətli yanaşsaq, kişilərin pensiya yaşı aşağı olmalıdır:

"Sosial parametrlər əsasında fərqli yanaşma da ola bilər. Bu, ədalət prinsipinə əsaslanmalıdır. Məsələn, səhhətində ciddi problem olan və əlilliyi olan şəxslərin, ağır fiziki və zərərli işlərdə çalışanların, müharibə qəhrəmanlarının, çoxuşaqlı valideynlərin pensiya yaşı da 5 il aşağı salınmalıdır". 

Sosioloqun fikrincə, ölkəmizdə pensiya yaşı digər ölkələrlə müqayisədə yüksəkdir:

"5 il aşağı salınsa, daha yaxşı olardı. Çünki 50 il əvvəllə müqayisədə gözlənilən ömür uzunluğu da azalıb. Hazırda kişilərin təxminən yarısı, qadınların isə üçdə biri pensiya yaşına çatmadan dünyasını dəyişir və pensiya ala bilmir. Beləliklə, həmin şəxslər 30-35 il işləyib, pensiya kapitalı yığsalar da, bu vəsaiti əldə edə bilmirlər. Bir çox ölkələrdə bu pullar onların varislərinə ötürülür və bizdə də belə olsa yaxşı olardı".

Ekspert əlavə edib ki, pensiya yaşına çatmış insanların da əksəriyyəti pensiya kapitalını almaq üçün kifayət qədər uzun (65+12 il) yaşamır: 

"Bu halda onlar pensiya kapitallarının böyük hissəsini ala bilmirlər. Bu səbəbdən pensiya yaşına çatmış şəxslərin bu kapitalı birdəfəlik ala bilməsini təmin etmək daha məqsədəuyğun olardı. Həmin şəxs daha sonra bu vəsaitlə biznes qurub daha rahat yaşaya bilərdi. Ümumiyyətlə, pensiya sistemində dəyişikliklərə ehtiyac var".

Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub. Belə ki, iyulun 1-dən qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı isə dəyişməyəcək, 65 il olacaq.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 All News