Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirdi

Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirdi
13.03.2026 11:08 Sosial

Ali Məhkəmənin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə TodayPress TV-yə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin gündəlik idarə olunması ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edib.

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50.000 manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.

Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında yaranan mübahisələrdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması məqsədəuyğundur. Ali Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları daha yüksəkdir.

Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb tərəflərin düşünülmüş qərar verməsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir.

İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması və.s ) sübut olunmalıdır. İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır.

Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 All News