“JinkoSolar” inşa edilən GES üçün modullar təchiz edəcək

“JinkoSolar” inşa edilən GES üçün modullar təchiz edəcək
20.05.2025 12:30 Sənaye və energetika

Dünyanın ən böyük günəş panelləri (modulları) istehsalçılarından biri olan Çinin “JinkoSolar” fotovoltaik şirkəti Azərbaycanda 100 MVt gücündə günəş elektrik stansiyası layihəsi üçün modullar təchiz edəcək. 

Bu barədə TodayPress TV şirkətin məlumatına istinadən xəbər verir. 

“JinkoSolar” “Universal Energy” ilə “Qobustan” Günəş Elektrik Stansiyasının (GES) tikintisi layihəsi üçün modulların təchizatı haqqında müqavilə imzalayıb.

Layihənin həyata keçirilməsi zamanı “JinkoSolar” tərəfindən hazırlanmış TOPCon N-tipli modullar tam istifadə olunacaq. Bu tərəfdaşlıq “JinkoSolar” texnologiyalarının çətin (hava) şəraitində tanınmasını vurğulayır və şirkətin dünya fotovoltaik sistemləri bazarında lider mövqeyini gücləndirir" deyə məlumatda bildirilib. 

Şirkət qeyd edib ki, layihə çətin iqlim şəraitinə malik ərazidə həyata keçirilir - yayda temperatur 45°C-yə çatır, tez-tez güclü küləklər, toz fırtınaları müşahidə olunur. 

"TOPCon N-tipli modullar öz texniki xüsusiyyətlərinə görə seçilib. Bunlara hər vatt üçün yüksək çıxış gücü, istənilən hava şəraitində etibarlı işləmə və ümumi enerji istehsalının artırılması daxildir. İkitərəfli əmsalı sayəsində xarici generasiya effektivliyi 85 %-ə qədər əhəmiyyətli dərəcədə artır, bu da ümumi istehsalı təxminən 3,38 % artırmağa imkan verir" deyə məlumatda vurğulanıb. 

Qeyd edildiyi kimi, 100 MVt gücündə “Qobustan” GES-in tikintisi layihəsi üzrə investisiya müqaviləsi 22 aprel 2025-ci ildə Azərbaycan hökuməti ilə Çinin “Universal Energy” şirkətinin törəmə strukturu olan "Universal Solar Azerbaijan" MMC arasında imzalanıb. 

Qeyd edək ki, 2025-ci il aprel 22-də Azərbaycan hökuməti və “Universal Solar Azerbaijan” MMC arasında Azərbaycanda 100 MVt gücündə “Qobustan” günəş elektrik stansiyası layihəsi ilə bağlı İnvestisiya Müqaviləsi imzalanıb. 

Müqaviləyə əsasən, Azərbaycan hökuməti vergi güzəştləri, torpaq sahəsinin verilməsi, ötürücü şəbəkəyə qoşulma kimi istiqamətlərdə dəstək göstərəcək, həmçinin layihənin həyata keçirilməsinə kömək etmək üçün yerli strukturlarla qarşılıqlı əlaqəni koordinasiya edəcək. 

Xatırladaq ki, 2024-cü ilin noyabrında COP29 konfransı zamanı “Universal Energy” bu layihənin həyata keçirilməsi üçün beynəlxalq tenderin qalibi elan edilmişdi.

Ümumi investisiya həcmi təxminən 51 milyon ABŞ dolları qiymətləndirilir. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır.

Eyni zamanda, stansiya karbon qazı emissiyalarını ildə təxminən 146,5 min ton azaldacaq.

XƏBƏR LENTİ
30 IYUL 2026
Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 Bütün Xəbərlər