Azərbaycanda elektrik avadanlıqlarının sınağı ilə bağlı tələblər sərtləşdirildi

Azərbaycanda elektrik avadanlıqlarının sınağı ilə bağlı tələblər sərtləşdirildi
03.01.2026 11:44 Sənaye və energetika

Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"na dəyişiklik edilib.

TodayPress TV xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.

Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib. Belə ki, "Elektrik qurğularının texniki istismar Qaydaları"na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan mütəxəssislər cəlb olunacaq.

İndiyədək isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.

Beləliklə, əvvəlki redaksiyada "aşağı qrupa malik" ifadəsi yer alırdı ki, bu da IV və ya V qrupdan aşağı səviyyəni nəzərdə tuturdu. Yeni dəyişikliklə isə "aşağı olmayan qrupa malik" anlayışı tətbiq olunur və bu, müvafiq olaraq IV və ya V qrup, eləcə də daha yüksək ixtisasa malik mütəxəssislərin prosesə cəlb edilməsini təmin edir. Nəticədə, sınaq və qiymətləndirmə prosesində yalnız kifayət qədər ixtisaslı və təcrübəli şəxslər iştirak edəcək.

NEWS FEED
12 AUGUST 2026
"Fənərbağça" Çempionlar Liqasının pley-offuna yüksəldi! 00:54 Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 All News