Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI

Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI
03.07.2026 10:37 Sənaye və energetika

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,9 % azalaraq 71,81 ABŞ dolları təşkil edib.

Bu barədə TodayPress TV-yə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 68,17 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,66 ABŞ dolları və ya 0,94 % azalaraq 69,32 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

TodayPress TV

NEWS FEED
03 JULY 2026
Hikmət Hacıyev dünya şöhrətli professorla görüşdü 13:05 Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirildi 13:01 Naxçıvanda uşağa peyvəndi səhv vurdular, izi itirmək üçün sənədləri saxtalaşdırdılar - İDDİA 12:50 İtkin-şəhid Dəyanət Musayev dəfn edildi 12:47 Alleqri “Napoli”nin baş məşqçisi təyin olundu 12:38 Bakıda marşrut avtobusu ağaca çırpıldı, 11 nəfər yaralandı - VİDEO 12:16 Paşinyan Pezeşkianla Tehranda danışıqlar aparır 12:11 Azərbaycandan Ermənistana tonlarla buğda göndərildi? AÇIQLANDI 12:03 Pakistanda avtobus dərəyə aşdı - 40 nəfər ölüb 11:54 Prezident Aleksandr Lukaşenkoya təbrik ünvanladı 11:34 Paşinyanın ən yaxın silahdaşı belə “vuruldu” – Simonyanla bağlı şok iddialar 11:25 İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar 11:22 Fransada anomal istilər qırğın törədir: Bir həftədə 2 mindən çox şəxs... 11:18 Moldovanın Baş naziri istefa verdi 11:11 İlkin hərbi qeydiyyatda əyani təmasa son: Valideynlərin və çağırışçıların işi asanlaşır 11:05 Dövlət torpaqlarını qanunsuz satanlar cinayət məsuliyyətinə cəlb olundu 10:56 Azərbaycan neftinin ucuzlaşması büdcəyə necə təsir edəcək? - AÇIQLANDI 10:37 Ermənistanın ən böyük itkisi, ölkə Xamenei üçün göz yaşı tökür... 10:34 Niyə azərbaycanlılar Əliyevə alternativ görmürlər? 10:32 Sevgilisi tərəfindən tərk edilmiş, qohumu tərəfindən öldürülən azərbaycanlı qıza erməni qadınından inanılmaz əməl 10:10 Əmtəə bazarlarında qızıl növbəti rekorda yaxınlaşır? 09:53 DÇ-2026: 1/8 finalın 6 cütlüyü müəyyənləşdi 09:47 Brent neftində müsbət tendensiya davam edir 09:36 İranda Xameneinin vida mərasimi başladı - VİDEO 00:06 Paşinyan Tehrandadır 09:21 All News