Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq

Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq
09.08.2026 07:10 Sağlamlıq

Yastıqsız yatmaq heç də hər kəs üçün uyğun deyil.

TodayPress TV xəbər verir ki, rusiyalı nevroloq Anastasiya Juravskaya "Gazeta.ru"ya müsahibəsində bununla bağlı xəbərdarlıq edib.

Həkim yastıqsız yatmağın hansı insanlarda sağlamlıq problemlərinə səbəb ola biləcəyini izah edib.

Anastasiya Juravskaya qeyd edib ki, döş qəfəsi kifozu olan yaşlı insanlar, boyun nahiyəsində patologiyaları olan xəstələr, ürək və ağciyər çatışmazlığından, eləcə də reflüks xəstəliyindən əziyyət çəkən şəxslər yastıqdan imtina etməməlidirlər. Çünki başın üfüqi vəziyyətdə olması mədə turşusunun qida borusuna geri qayıtmasına səbəb ola bilər.

"Cazibə qüvvəsi alt çənəni və dilin kökünü aşağı çəkir. Udlağın ağız hissəsinin boşluğu (orofarenks) daralır, havanın keçməsi çətinləşir və toxumalar titrəməyə başlayır. Beləliklə də xorultu yaranır", - deyə həkim bildirib.

Tənəffüs yollarının tamamilə tıxanması zamanı nəfəsin dayanması - obstruktiv yuxu apnoesi sindromu baş verə bilər ki, bu da beynin oksigen çatışmazlığına məruz qalmasına səbəb olur.

"Başı bir qədər yuxarıda saxlayan yastıq tənəffüs yollarının açıq qalmasına kömək edir", - deyə Anastasiya Juravskaya qeyd edib.

TodayPress TV

NEWS FEED
09 AUGUST 2026
Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir" 09:24 "Nüvə silahı və insan bir araya sığmır" - Nobel mükafatçısından Yaponiyaya ÇAĞIRIŞ 08:55 Yastıqsız yatmaq TƏHLÜKƏLİDİR? – Nevroloqdan xəbərdarlıq 21:26 Körpəsinə verdiyi ada görə HƏBS EDİLDİ 01:31 Çinin süni intellekt modeli nəzarətdən ÇIXDI 01:52 Diametri 330 metr olan asteroid Yerin yaxınlığından keçəcək 01:59 Anomal istilər hərbi ərazidə YANĞINA səbəb oldu 01:44 Britaniyada beşinci İSTİ DALĞASI: 30 illik rekord yenilənə bilər.. 01:40 Ukrayna "Patriot" istehsalına başlayır: Zelenski vaxtı elan etdi 01:36 Kiyev metrolarında çadırlar quruldu - VİDEO 01:13 Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti TAPILDI 00:47 İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI 00:35 İrana qarşı müharibə Pentaqonu çarəsiz qoydu! - "Patriot" arsenalı TÜKƏNİR 23:54 Rusiya dronları mülki əhalini hədəf aldı, ölənlər var 23:46 Zelenski Rusiyaya 50 min Şimali Koreya hərbçisi göndərir 23:29 Onlarla humanitar yardım gəmisinin Hörmüzdən keçməsinə icazə verildi 23:18 ABŞ İrandan öhdəlik tələb edir: "Kommersiya gəmilərinə atəş açılmamalıdır" 23:05 Reyn, Dunay, indi də Luara... - Avropanın su ehtiyatları TÜKƏNİR? 22:48 Azərbaycan cüdoçusu Skopyedə fəxri kürsüyə qalxdı! 22:33 İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər" 22:14 "Məkkə sazişinə qoşulmaq istəyən dövlətlər var!" - Hakan Fidan 22:06 Ağdam və Qırmızı Bazarda əyləncəli proqramlar təşkil edildi 21:52 Kreml “qorxuya düşdü?” Moskvanın ətrafı üçqat hava müdafiəsinə büründü 21:35 18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 All News