Yağlı süd piylənmə riskini azaldır

Yağlı süd  piylənmə riskini azaldır
16.04.2026 18:15 Sağlamlıq

Tam yağlı süd, yüksək yağ tərkibinə baxmayaraq, uşaqlarda piylənmə riskini azalda bilər.

TodayPress TV xəbər verir ki,  araşdırmanın nəticələri "American Journal of Clinical Nutrition" (AJCN) jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində geniş və uzunmüddətli uşaq sağlamlığı müşahidə proqramının məlumatlarından istifadə edilib. Alimlər uşaqların körpəlik dövründə istehlak etdikləri süd növünü — tam yağlı, az yağlı və ya yağsız — izləyərək bu göstəriciləri onların 5 və 8 yaşlarında bədən çəkisi və yağ göstəriciləri ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, müntəzəm olaraq tam yağlı süd içən uşaqların bədən kütlə indeksi daha aşağı olur. Həmçinin, 8 yaşına qədər bu uşaqlarda piylənmə riski yağsız süd istehlak edənlərlə müqayisədə 69% daha azdır. Ümumilikdə, südün daha yüksək yağ tərkibi daha əlverişli bədən tərkibi göstəriciləri ilə əlaqələndirilib.

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr uşaqların qidalanması ilə bağlı əvvəlki tövsiyələrlə — xüsusilə az yağlı süd məhsullarına üstünlük verilməsi ilə — ziddiyyət təşkil edir. Müəlliflərin fikrincə, süd yağı daha uzun müddət toxluq hissi yarada bilər və bu da fast food, şirniyyat və şəkərli içkilərin istehlakını azaltmağa kömək edə bilər. Bununla belə, bu əlaqənin əsas mexanizmləri hələ tam aydınlaşdırılmayıb

Jalə Rövşən 

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 All News