Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır

Süd haqqında yeni araşdırma: Orqanizm üçün düşündüyünüzdən daha faydalıdır
23.06.2026 05:00 Sağlamlıq

İnək südü, hətta kalsium və vitaminlərlə zənginləşdirilmiş bitki mənşəli alternativlərlə müqayisədə belə, orqanizm üçün daha faydalı ola bilər. Bu nəticə Avstraliyanın Edit Kouen Universitetinin alimlərinin apardığı elmi icmalda yer alıb.

TodayPress TV xəbər verir ki, tədqiqatın nəticələri "Critical Reviews in Food Science and Nutrition" jurnalında dərc olunub.

Müəlliflər bunu südün təbii quruluşu ilə əlaqələndirirlər. Onların sözlərinə görə, südün tərkibindəki zülallar, yağlar, kalsium, fosfor və digər maddələr bir-biri ilə qarşılıqlı əlaqədə mövcuddur və bu sistem "süd matrisi" adlanır. Alimlər hesab edirlər ki, məhz bu quruluş qida maddələrinin orqanizm tərəfindən mənimsənilməsinə və sağlamlığa təsirinə mühüm təsir göstərir.

Araşdırmada qeyd olunur ki, süd istehlakı sümüklərin möhkəmlənməsi və sınıq riskinin azalması ilə əlaqələndirilir. Məlumatlara əsasən, gündə bir-iki porsiya süd məhsulu qəbul etmək sınıq ehtimalını azalda bilər. Kalsium əlavələri isə hər zaman eyni effekti vermir. Bundan əlavə, südün qan şəkərinin səviyyəsinə, bağırsaq mikrobiotasına və lipid mübadiləsinə müsbət təsir göstərə biləcəyi vurğulanır.

Bitki mənşəli içkilərdə isə qida maddələri əksər hallarda təbii şəkildə deyil, sonradan əlavə edilmiş komponentlər şəklində olur. Həmçinin onların dadını və teksturasını yaxşılaşdırmaq məqsədilə tərkibinə şəkər, yağlar və qatılaşdırıcılar əlavə edilə bilər. Alimlərin fikrincə, bu amillər etiketdə göstərilən qida dəyərləri oxşar olsa belə, həmin məhsulların qidalandırıcı xüsusiyyətlərini inək südü ilə müqayisədə zəiflədə bilər.

Tədqiqatda uşaqların qidalanmasına da xüsusi diqqət ayrılıb. Mütəxəssislər bildirirlər ki, süd məhsullarından düşünülməmiş şəkildə imtina etmək, xüsusilə erkən yaşlarda zülal, kalsium, yod və B12 vitamini çatışmazlığına səbəb ola bilər.

Bununla yanaşı, alimlər bitki mənşəli alternativlərin də faydalı xüsusiyyətlərə malik olduğunu qeyd edirlər. Məsələn, soya əsaslı içkilər xolesterin səviyyəsinin azalması və iltihabəleyhinə təsirlərlə əlaqələndirilir.

TodayPress TV

NEWS FEED
07 AUGUST 2026
Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: " Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Səyahətdə hansı qəlyanaltılar daha faydalıdır? 16:14 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 All News