Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO
Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyənləşdirilməsi məqsədilə sınaq imtahanları keçirilir.
TodayPress TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, imtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.
Həmçinin qeyd olunub ki, sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.