Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur?

Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur?
06.08.2026 06:20 Sağlamlıq

Qarpız və çörəyin məşhur qastronomik birləşməsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, həkim-diyetoloq Darya Rusakova "Abzats" nəşrinə müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, əsas təhlükə bu qəlyanaltının yüksək qlisemik indeksə malik olması səbəbindən qanda şəkərin səviyyəsinin kəskin artmasıdır.

Bundan əlavə, lif və sadə karbohidratların çoxluğu qarında köp, qazın yaranması və bağırsaqlarda fermentasiya proseslərinin güclənməsinə səbəb ola bilər. Bu qida birləşməsi eyni zamanda mədəaltı vəzə də əlavə yük yaradır.

D.Rusakova bildirib ki, şəkərli diabet, insulinə rezistentlik (insulin müqaviməti), mədə-bağırsaq sistemi xəstəlikləri, böyrək və ürək-damar problemləri olan şəxslərə qarpızla çörəyi birlikdə qəbul etmək tövsiyə edilmir.

Həkim, həmçinin son dövrlərdə populyarlaşan başqa bir qida trendi - soya sousunda marinad edilmiş qarpız barədə də xəbərdarlıq edib.

Onun sözlərinə görə, soya sousunun tərkibində natriumun yüksək olması orqanizmdə mayenin yığılmasına səbəb olur. Bu isə xüsusilə hipertoniyadan və ödemdən əziyyət çəkən insanlar üçün təhlükə yarada bilər.

TodayPress TV

NEWS FEED
06 AUGUST 2026
Zverev üçün tarixi fiasko: Mənfi rekord rəsmiləşdi! 09:57 SON SUTKA: 6 mindən çox dron havaya qalxdı, döyüşlərin sayı 200-ü keçdi 09:54 Gizli razılaşma üzə çıxdı: İnfantino Superliqa layihəsində! 09:47 Bəzi rayonlarda yağış yağdı - FAKTİKİ HAVA 09:45 İnfantino ilə bağlı yeni qalmaqal iddiası ortaya çıxdı! 09:32 “Real” Vinisiusu itirə bilər – “Arsenal” ümidlidir 09:26 Qavinin yeni görünüşü sosial şəbəkələri silkələdi! 09:24 Avropa sınağı başlayır: "Qarabağ"dan ilk addım! 09:13 Bu ərazilərdə işıq olmayacaq 09:07 Filippində güclü zəlzələ baş verdi 08:47 MKİ Kubaya qarşı gizli əməliyyat qrupu yaratdı 08:43 Ukrayna PUA-ları Rusiyanın iri neft zavodunu vurdu – VİDEO 08:28 Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir 08:11 "Real Madrid" transfer rekordunu təzələdi - 140 milyon avroluq razılaşma! 01:41 Sevərək yediyimiz bu ikili hansı xəstəliklərə səbəb olur? 01:34 Avtomobil nəhəngləri kütləvi PUA istehsalına başladı 01:27 "Nyukasl"a yeni baş məşqçi təyin edildi 01:09 Avropa Mərkəzi Bankının prezidenti vəzifəsinə yeni NAMİZƏD 00:33 Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 All News