Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verildi

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verildi
11.12.2025 09:25 Sağlamlıq

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verilib.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yeni yaradılan Travmatologiya şöbəsi müasir tibbi avadanlıqlarla tam təchiz olunub və pasiyentlərin müayinə, müalicə prosesinə cəlb olunması istiqamətində bütün zəruri tibbi şərait yaradılıb.

Şöbə travmatoloji xəstəliklərin müalicəsi üzrə geniş əməliyyat imkanlarına malikdir. Burada açıq və qapalı osteosintez, vətərlərin plastikası, oynaq ortroplastikası və digər əməliyyatların icrası mümkündür.

Travmatologiya şöbəsində pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün ehtiyac olan kadr heyəti də tam formalaşdırılıb.

15 ədəd çarpayı fondundan ibarət olan şöbədə 3 həkim-travmatoloq, 9 tibb bacısı, 2 kiçik tibb bacısı və 2 sanitar qadın fəaliyyət göstərir: "Tibb müəssisəsində Travmatologiya şöbəsinin istifadəyə verilməsi region əhalisinin travmatoloji xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, təcili vəziyyətlərdə zamanında müdaxilə imkanlarını artıracaq və pasiyent məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək".

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 All News