Hər iki gözü görmürdü, riskli əməliyyatla 100 faiz gördü

Hər iki gözü görmürdü, riskli əməliyyatla 100 faiz gördü
29.08.2025 09:20 Sağlamlıq

20 iyun 2025-ci il tarixdə 1981-ci il təvəllüdlü şəxs (kişi cinsli) hər iki gözün zəif görməsi şikayəti ilə Kliniki Tibbi Mərkəzin Oftalmologiya şöbəsinə müraciət edib. 

Bu barədə TodayPress TV-yə KTM-dən məlumat verilib.

Aparılan göz müayinələrindən sonra pasiyentin gözlərində zonulların zəifliyi fakodonezis və arxa subkapsulyar katarakta (göz büllurunun arxa hissəsində, kapsulun altında yaranan bulanıq) diaqnozu qoyulub. 

Oftalmologiya şöbəsinin uzman oftalmoloq cərrahı Gülnar Sultanova hər iki gözdə bağ zəifliyi (yüksək miyop) və görmə azlığı olduğu üçün, kapsulanı qoruyaraq katarakta əməliyyatı icra edib. 

Əməliyyatdan sonra xəstənin gözünə kapsula ringi və göz içi “Alcon” linzası qoyulub. Xəstə əməliyyat sonrası Şöbəyə yerləşdirilib. Kontrol müayinələrdən sonra 100 faiz görmə ilə evə buraxılıb. 

Məlumat üçün bildirək ki, fakodonezis zamanı katarakta ilə birlikdə bülluru yerində saxlayan bağlarda zəifləmə olur. Belə xəstələrin əməliyyatı çətinləşir və daha riskli olur. Ən çox psevdoeksfoliativ sindromla birlikdəlik göstərir, xəstənin gözündə həm mirvari suyu, həm də qara su yarana bilir. Bütün xəstəliklərdə olduğu kimi belə ağırlaşmaların qarşısını almaq üçün vaxtında müraciət vacibdir.

Qeyd edək ki, Kliniki Tibbi Mərkəzdə oftalmoloji müayinə və sözügedən mikrocərrahi əməliyyatlar icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır.

XƏBƏR LENTİ
05 AVQUST 2026
Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 Bütün Xəbərlər