Hər evdə olan gizli təhlükə: Adi tozsoran sağlamlığa necə zərər verə bilər?

Hər evdə olan gizli təhlükə: Adi tozsoran sağlamlığa necə zərər verə bilər?
10.06.2026 07:00 Sağlamlıq

Tozsoran evi təmiz saxlamağa kömək etsə də, düzgün saxlanılmadıqda özü də sağlamlıq problemlərinin mənbəyinə çevrilə bilər.

TodayPress TV "Abzats" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Mariyat Muxina xəbərdarlıq edib.

Həkim həddindən artıq dolu olan toz torbalarının hansı təhlükələri daşıdığını izah edib. "Dolu və təmizlənməmiş tozsoran torbalarında toz hissəcikləri, müxtəlif bakteriyalar, kif göbələkləri, mikromisetlər, dəri gənələri, eləcə də bakterial və göbələk mənşəli toksinlər toplanır", - deyə Mariyat Muxina vurğulayıb.

Bu patogenlər tənəffüs yollarında, qırtlaqda və bronxlarda həm yerli, həm də sistemli xəstəliklərə səbəb ola bilər. Əsas təhlükə ondan ibarətdir ki, tozsoran işlədiyi zaman həmin mikroorqanizmlər və allergenlər yenidən havaya sovrula bilər. Bundan əlavə, çirklənmiş torbanın tərkibi ilə təmas dəri reaksiyalarına yol aça bilər.

Mütəxəssis qeyd edib ki, tozsoranı təmizləyərkən xüsusilə ehtiyatlı olmaq lazımdır. Dolu torbanı açarkən toz və patogenlər incə hissəciklər və aerozollar şəklində otağa yayılır. Bu vəziyyət xüsusilə uşaqlar, yaşlılar, həmçinin allergiyası və ya tənəffüs sistemi xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır.

TodayPress TV 

NEWS FEED
30 JULY 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 All News