Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq

Hansı meyvə şirələrini alkoqolla qarışdırmaq olmaz? - Həkimdən xəbərdarlıq
01.06.2026 08:00 Sağlamlıq

"Ananas və qreypfrut şirələri alkoqolun orqanizmə mənfi təsirini gücləndirir".

TodayPress TV-nin xəbərinə görə, bu barədə rusiyalı həkim-narkoloq Daniil Petrov Gazeta.ru nəşrinə müsahibəsində danışıb.

"Bəzi sitrus meyvələri, xüsusən qreypfrut qaraciyərin və bağırsaqların ferment sistemlərinə təsir göstərə bilər. Qreypfrutda alkoqol və bir çox dərman preparatları da daxil olmaqla, müxtəlif maddələrin emalında iştirak edən bir neçə fermentin aktivliyinin qarşısını alan maddələr var. Buna görə də bəzi toksik (zəhərli) metabolik məhsullar orqanizmdə daha uzun müddət dövr edə bilər. İlk növbədə söhbət asetaldehiddən gedir ki, bu, etanolun toksik parçalanma məhsuludur və alkoqolun qaraciyərə, qan damarlarına və sinir sisteminə zərərli təsirinə cavab verir. Əgər metabolik proseslər yavaşlayarsa, orqanizmə toksik yüklənmə potensial olaraq artır", - deyə Daniil Petrov bildirib.

Şirin şirələr, o cümlədən də ananas şirəsi eyni şəkildə dolayı yolla alkoqolun mənfi təsirini artıra bilər.

"Birincisi, onlar alkoqolun dadını maskalayır və insan çox vaxt nəzərdə tutduğundan daha çox içir. İkincisi, qaraciyər eyni zamanda həm alkoqolun emalında, həm də karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak etməli olur. Bu, əlavə metabolik yüklənmə yaradır. Lakin burada mifologiyaya çox fikir verməmək vacibdir. Ananas və ya qreypfrut şirəsinin sağlam insanda qaraciyərə özlüyündə hansısa ayrıca "ikiqat zərbə" yaratdığına dair heç bir dəlil yoxdur. Əsas zərər verən amil yenə də alkoqolun özü və onun miqdarıdır", - deyə həkim qeyd edib.

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 All News