Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır?

Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır?
02.06.2026 06:00 Sağlamlıq

"Alkoqolizmin ən məkrli forması pivə alkoqolizmidir".

TodayPress TV-nin xəbərinə görə, bu barədə rusiyalı psixoloq Yaroslav Klimov UfaTime.ru nəşrinə müsahibəsində danışıb.

Həkim bu növ asılılığın səbəblərini və simptomlarını sadalayıb.

Onun sözlərinə görə, bir çoxları pivəni zərərsiz içki kimi qəbul edir, ona görə də tez-tez içirlər, lakin öz vərdişlərini alkoqolizm hesab etmirlər. Yaroslav Klimov bildirib ki, hətta gündə bir-iki litr pivə içənlər belə asılılıqlarını qəbul etməyə bilərlər.

Lakin psixoloq əmin edib ki, pivə alkoqolizmi də mövcuddur. Bunun simptomları kimi isə gündəlik hətta az miqdarda pivə istehlakı, bu içki olmadan rahatlaya və ya stresi aradan qaldıra bilməmək, qarnın piylənməsi, şişkinlik və nəfəs darlığı kimi halların adını çəkib. Bundan əlavə, zaman keçdikcə insan içdiyi alkoqolun miqdarını artırmağa və içki içə bilmədikdə qıcıqlanma hiss etməyə başlayır.

Yaroslav Klimov qeyd edib ki, pivə alkoqolizmi xroniki pankreatit, qaraciyər sirrozu, hipertoniya və gənc yaşda infarkta, 2-ci tip şəkərli diabetə, eləcə də ağır ürək xəstəliyinə səbəb ola bilər.

"Alkoqolun istənilən müntəzəm qəbulu təhlükəlidir. Əgər "pivəsiz axşam axşam deyil" kimi bir halın fərqinə varırsınızsa, bu artıq ciddi siqnaldır", - deyə mütəxəssis vurğulayıb.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 All News