Yermaka qarşı cinayət işi niyə indi açılıb? — Roman Boçkalanın ŞƏRHİ

Yermaka qarşı cinayət işi niyə indi açılıb? —  Roman Boçkalanın ŞƏRHİ
02.12.2025 17:35

Xarkov vilayətinin Hərbi-mülki Administrasiyasının Daxili İşlər İdarəsinin yaydığı məlumata görə, Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermaka qarşı cinayət işi açılıb.  


Qeyd edilib ki, o, “təcavüzkar müharibənin planlaşdırılmasına, hazırlanmasına, başlanmasına və aparılmasına, eləcə də qadağan olunmuş müharibə vasitə və metodlarından istifadəsinə” kömək etməkdə şübhəli bilinir. Bu ittihamlar üzrə cəzalar ömürlük həbs cəzasına qədər ola bilər.

Maraqlıdır, Yermaka qarşı açılan cinayət işini Ukrayna və xalqı necə qarşılayır?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan ukraynalı jurnalist Roman Boçkala bildirib ki, bu, Rusiya tərəfinin Ukrayna siyasətçiləri, məmurları, hərbçiləri, ictimai xadimləri və jurnalistlərə qarşı qaldırdığı ilk cinayət işi deyil və indi bu siyahıda Andrey Yermak da var:

“Bu cinayət işinin açılması bizi o qədər də təəccübləndirmir, çünki hamımız anlayırıq ki, bu, əsasən siyasi xarakter daşıyan işdir. Əsas maraq doğuran isə onun niyə məhz indi açılmasıdır.

Məlum olduğu kimi, Andrey Yermak müharibə başlamadan öncə Prezident Administrasiyasının rəhbəri vəzifəsində idi. Yəni 2022-ci ildən başlayan müharibə dövründə o bu vəzifədə olub, amma cinayət işi yalnız indi açılıb. Düşünürəm ki, bunun səbəbi onun artıq dövlət məmuru və yüksək səviyyəli rəsmi olmamasıdır. Beləliklə, Rusiya üçün o, “daha əlçatan” şəxsə çevrilib”.

Ekspert məsələ ilə bağlı digər vacib nüansları da açıqlayıb:


“Həmçinin Andrey Yermak bildirib ki, o, Silahlı Qüvvələrdə xidmət etməyi planlaşdırır və bu halda Ukraynanın digər bölgələrində ola bilər, artıq ona dövlət vəzifəsində olarkən verilən şəxsi mühafizə və qoruma vasitələri olmayacaq. Ola bilsin ki, məhz buna görə bu məsələ ortaya çıxıb. Digər variantları şərh etmək çətindir, çünki məntiqsiz görünür. Burada vacib nüans da odur ki, Prezident Administrasiyasının rəhbəri qərar qəbul edən şəxs deyil. De-fakto Andrey Yermak Ukrayna siyasətində prezidentdən sonra ən nüfuzlu şəxs hesab olunurdu. Buna görə də bəzən onu arxasınca hətta “vitse-prezident” adlandırırdılar, baxmayaraq ki, Ukraynada belə vəzifə yoxdur. Lakin formal olaraq Andrey Yermakın heç bir səlahiyyəti yoxdur. Yəni faktiki olaraq o, Prezident Administrasiyasını idarə edirdi, amma müharibə ilə bağlı vacib sənədləri imzalamırdı”.

Roman Boçkala Rusiyanın bu addımının Ukrayna tərəfinə mesaj olduğunu düşünür:

“Yermak həm də danışıqlar qrupunun rəhbəri olub və Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişənin həllində aktiv rol oynayıb. Amma bütün bunlar cinayət xarakteri daşımır, əksinə, sülh təşəbbüsləridir. Buna görə də məsələ bir qədər qəribədir və mən burada daha çox siyasi motiv görürəm. Ola bilsin, bu, Rusiyadan verilən mesajdır ki, Ukraynada hakimiyyətdə olan, ölkəni müdafiə edən, Ukraynanın maraqlarına uyğun hərəkət edən hər kəs Rusiyanın maraqları ilə ziddiyyət təşkil etdikdə qorunmayacaq və hakimiyyəti itirdikdən sonra onlar üçün hüquqi təqiblər başlaya bilər”.


Ukraynalı jurnalist ifadə edib ki, Andrey Yermak daha “həssas” vəziyyətə keçdikdən sonra Rusiya tərəfindən ona qarşı bu cür suallar ortaya çıxıb. Digər tərəfdən, o qeyd edib ki, ukraynalılar üçün Rusiyadan hüquqi xarakterli iddialar almaq artıq bir növ hörmət və keyfiyyət əlamətidir. Ekspertin sözlərinə görə, bəziləri bununla qürur duyur, hətta pro-ukraynalı və vətənpərvər mövqeyin ən yaxşı göstəricisi hesab edir.

Qeyd edək ki, noyabrın 28-də Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Andrey Yermak korrupsiya qalmaqalından sonra tutduğu vəzifədən istefa verib və Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
31 JULY 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 All News