Spiker: Məhz Heydər Əliyevin sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi

Spiker: Məhz Heydər Əliyevin sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi
17.10.2025 11:15

İclasımız tarixi bir günün ildönümü ərəfəsində keçirilir, 34 il öncə dövlət müstəqilliyimizin bərpası elan edildi.

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, müstəqilliyi elan etmək az idi, onu qoruyub saxlamaq da lazım idi: “Təəssüf ki, dövlətin idarə edilməsində, daxili, xarici siyasətində ciddi səhvlərə yol verilmişdi. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövləti idarə etməyə qadir deyildi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsiz real şəkil almışdı. Bu zaman xalqımız Ulu öndərə üz tutdu. Heydər Əliyev ölkəni təkcə fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu”.

Spiker bildirib ki, məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi: “Ulu öndərin strateji xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin qurulmasını təmin edib. Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında tarixi zəfər qazanmışıq. Bu gün Azərbaycan beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü deyən dövlətdir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan qlobal və regional gündəliyin formalaşmasında rol oynayan dövlətdir”.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər