Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı
30.06.2026 09:47

Moskvanın intensiv dron hücumlarına məruz qalması Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması ehtimalını yenidən gündəmə gətirib. Eyni zamanda, Rusiyada yanacaqla bağlı problemlərin yarandığı, iri şəhərlərdə benzin növbələrinin müşahidə olunduğu bildirilir. Bu vəziyyət orada yaşayan insanlar üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından müəyyən narahatlıqlar yaradır.

Bütün bu baş verənlər azərbaycanlıların vətənə qayıtmasına səbəb ola bilərmi?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, müharibə şəraiti insanların gündəlik həyatına müəyyən təsirlər göstərir:

“Ancaq hesab edirəm ki, hazırkı mərhələdə Rusiyada vəziyyət o həddə çatmayıb ki, insanlar kütləvi təşviş yaşasın, yaşadıqları əraziləri tərk etməyə və ya məcburi köçkünə çevrilməyə məcbur olsunlar. Burada söhbət təkcə Rusiyanın geniş əraziyə malik olmasından getmir. Sadəcə, hazırda müşahidə etdiyimiz odur ki, Qərbin dəstəyi fonunda Ukrayna Rusiya ərazisinə daha intensiv dron hücumları həyata keçirir. Bu strategiyanın əsas məqsədlərindən biri, məncə, Moskvanı danışıqlar masasına daha əlverişsiz mövqedən gətirməkdir. Kiyev öz maraqlarını müdafiə edir, eyni zamanda Qərb dövlətləri də istəyirlər ki, mümkün sülh danışıqları başlanacağı təqdirdə Ukraynanın mövqeyi daha güclü olsun”.

Rusiyada yaşayan azərbaycanlılara gəldikdə isə, politoloq onlar üçün hazırda kütləvi xarakter daşıyan ciddi təhlükənin mövcud olmadığını düşünür:

“Əlbəttə, hər hansı şəhərə və ya yaşayış məntəqəsinə hücum edilirsə, həmin ərazidə yaşayan bütün insanlar kimi azərbaycanlılar da risk altındadırlar. Dağıntılar, müəssisələrin fəaliyyətinin dayanması, enerji və yanacaq infrastrukturuna zərbələr insanların həyatına təsir göstərir.


Tofiq Abbasov

Lakin bu təsirlərin hələlik insanların kütləvi şəkildə yaşayış yerlərini tərk etməsinə səbəb olacaq səviyyəyə çatdığını düşünmürəm. Müasir müharibələrin xarakteri də fərqlidir. Daha çox hava hücumları, dronlar və raket zərbələri ön plana çıxır. Bu hücumlar ciddi təhlükə yaratsa da, klassik cəbhə döyüşlərində olduğu kimi genişmiqyaslı əhali köçünə səbəb olmur. Hazırda Rusiyada hakimiyyət tərəfindən kütləvi təxliyələrin həyata keçirildiyini də müşahidə etmirik. Məhz buna görə də Rusiyada yaşayan azərbaycanlılar vəziyyətin çətinləşdiyini qəbul etsələr də, bunun daimi və geri dönməz bir proses olmadığını düşünürlər. Ümid etmək olar ki, yaxın perspektivdə vəziyyət sabitləşəcək və sülh danışıqları nə qədər tez başlasa, insanlar da bir o qədər tez normal həyatlarına qayıda biləcəklər”.

Tofiq Abbasovun sözlərinə görə, narahatlıq doğuran başqa məqamlar da var:

“Son dövrlərdə Rusiyada bəzi siyasətçilər və ideoloqlar nüvə silahından istifadə ehtimalını açıq şəkildə gündəmə gətirirlər. Onlar hesab edirlər ki, Qərbin Ukraynaya verdiyi dəstək artıq Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaradır və buna daha sərt cavab verilməlidir. Lakin hesab edirəm ki, nüvə silahından istifadə məsələsinin gündəmə gətirilməsi nə siyasi, nə də mənəvi baxımdan doğru yanaşmadır. Belə bir addım qarşılıqlı eskalasiyanı sürətləndirə və son dərəcə ağır nəticələrə səbəb ola bilər. Doğrudur, Avropadakı nüvə imkanları da fərqlidir. Böyük Britaniya və Fransa nüvə dövlətləridir, Almaniya isə nüvə silahına malik deyil. Bununla belə, nüvə silahından istifadə ilə bağlı qərarlar son dərəcə mürəkkəb siyasi, eləcə də hərbi prosedurlardan keçir və bu cür qərarlar asanlıqla qəbul edilmir. Ümumilikdə hesab edirəm ki, bütün tərəflər üçün ən düzgün çıxış yolu sülh danışıqlarının bərpasıdır. Münaqişənin hərbi yolla həlli getdikcə daha ağır nəticələr doğurur. Danışıqlar nə qədər tez başlasa, regionda sabitliyin bərpası və insanların normal həyatına qayıtması ehtimalı da bir o qədər yüksək olacaq”.

TodayPress TV

NEWS FEED
30 JUNE 2026
Süni intellektlə bağlı Birinci Xanım şəxsən təşəbbüs göstərdi - AÇIQLAMA 16:05 Bu günün 1/16 final mərhələsinin oyunları açıqlandı 16:07 Xamenei atasının dəfnində iştirak edəcək? - RƏSMİ 15:49 “Gənclər Mərkəzi” İctimai Birliyi “Gənclik və dəyərlər” adlı layihəsinin icrasına davam edir 15:44 Polikistik over sindromu: qadınlarda əlamətlər və təbii dəstək üsulları 15:42 Mehriban Əliyeva prosesləri qabaqladı - Azərbaycan bu ölkələrin aqibətini yaşamayacaq 15:36 Yeni peşə təhsili ixtisasları yaradıldı - SİYAHI 15:25 Bu ölkə baş nazirlərin “başını yeyir” 14:50 Azərbaycanın şəhid verdiyi itkinlərin kimlikləri açıqlandı 15:08 Nə qədər qaz verə biləcəyik? - Avropanın gözü yolda 14:57 Fərizənin İlhama sevgisi gəncliyin ən böyük gününə çevrildi — İmperiya məhəbbətə atdığı güllənin qurbanı oldu 14:52 Xocalıda əhalini güllələyərək Ermənistana rəhbər oldu — Azərbaycan onu axtarır — Qatil prezidentin dosyesi 14:47 Lyayen hər kəsi şoka salan rəqəmi açıqladı: Brüssel Kiyevə kosmik büdcə ayırdı 14:31 "Turan" "Fənərbağça"nı belə razı salıb - Türkiyə nəhəngi Tovuza gəlir 14:28 Dünyada 18-ci, Avropada 5-ci - Azərbaycanın ən uzun tunelində SON İŞLƏR 14:24 Bu hallarda saytlara giriş məhdudlaşdırılacaq - Milli Məclisdən yeni dəyişiklik 14:18 Görkəmli cərrah Mirəsədulla Mirqasımovun tarix muzeyinə bağışlanmış əşyaları oğurlandı 14:07 Paşinyanın yası düşdü, təcili İrana yollanır 14:01 İran ən böyük yas mərasiminə hazırlaşır 14:05 Vəkillər üçün TƏHLÜKƏ SİQNALI – Süni intellekt məhkəmədə qalib gəldi 13:45 Ermənistandan həyəcanlı xəbərlər gəlir: Mehridə dünya müharibəsi çıxacaq - İDDİA 13:30 İran qarışdı: Terrorçular SEPAH üzvlərini hədəf aldı 13:29 Azərbaycan və Qazaxıstan bir-birinə dəstəyini ifadə etdi 13:27 Çin Rusiyanı "Kitayski" dövlətə çevirdi - Ultimatumlar dalbadal verildi 13:05 Azərbaycan bu radarlarla itkin düşən 4 min nəfəri axtarır 13:08 All News