Prezident Vyetnamlı həmkarına məktub ünvanladı

Prezident Vyetnamlı həmkarına məktub ünvanladı
02.09.2025 11:32 Siyasət

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının müstəqilliyinin 80-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Böyük inkişaf yolu keçmiş Vyetnam bu gün bütün sahələrdə sanballı nailiyyətlər əldə etmiş və uğurlara imza atmışdır.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələrinin inkişaf səviyyəsi məmnunluq doğurur. May ayında Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana dövlət səfəri ikitərəfli əlaqələrimizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində bir sıra istiqamətlər üzrə imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” Azərbaycan-Vyetnam əlaqələrini daha yüksək pilləyə qaldırdı.

Hazırda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər sahələr üzrə böyük əməkdaşlıq potensialı mövcuddur. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Biz sağlam təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizi bundan sonra da inkişaf etdirmək əzmindəyik.

Əminəm ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 Bütün Xəbərlər