"Harada olsaq da, biz azərbaycanlıyıq" - Ramiz Yunus yazır...

"Harada olsaq da, biz azərbaycanlıyıq" - Ramiz Yunus yazır...
31.12.2025 19:36 Siyasət

31 dekabr təkcə Yeni il deyil. Bu tarix eyni zamanda Dünya azərbaycanlılarının Həmrəylik Günü, Azərbaycanın rəsmi dövlət bayramı və harada yaşamasından asılı olmayaraq, milyonlarla həmvətənimizi birləşdirən bir gündür.

Vətən nədir?

Mənim üçün Vətən — sevimli Bakımdakı evimdir; valideynlərimin sayəsində doğulub böyüdüyüm şəhərdir. Bu, mənim dilimdir, mədəniyyətimdir, doğma Azərbaycanımdır, köçməmişdən əvvəl həyatımın 43 ilini yaşadığım, başdan-başa gəzib tanıdığım ölkədir.

Sergey Yeseninin “Qadına məktub” şeirində belə misralar var:

“Üz-üzə dayananda üz görünməz,

Böyük olan uzaqdan daha aydın görünər".

Bu sözlərin dərin mənasını mən məhz yad ellərdə, vətəndən uzaqda ikən həqiqətən anladım. Okeanın o tayına, Vətəndən minlərlə kilometr uzağa düşəndə başa düşdüm ki, onu nə qədər çox sevirəm, şəhərimə, doğma Azərbaycanıma, onun dilinə və mədəniyyətinə nə qədər bağlıyam və valideynlərim üçün nə qədər darıxıram. Elə buna görə də deyirlər ki, insan dəyəri yalnız itirdikdən sonra anlayır.

İkinci Qarabağ müharibəsi dünyadakı milyonlarla azərbaycanlı üçün elə bir dönüş nöqtəsi oldu ki, biz bir millət, vahid bir ölkə kimi həqiqətən birləşə bildik və Vətən müharibəsində qələbə qazandıq.

Məhz cəmiyyətin — həm hakimiyyətin, həm də xalqın, siyasi baxışlarından və dini mənsubiyyətindən asılı olmayaraq — bu birliyi və həmrəyliyi bizə doğma Azərbaycanımızın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etməyə imkan verdi.

Əziz həmvətənlərim, bu gün mürəkkəb və dalğalı qlobal siyasi şəraitdə, xüsusən də yaxın coğrafiyamızda mövcud olan risklər və çağırışlar fonunda hamımıza arzu edirəm ki, Vətənimizlə bağlı hər şeyə — onun müstəqilliyinə, dilinə, mədəniyyətinə və milli birliyinə daha böyük həssaslıq və qayğı ilə yanaşaq. Son illərdə bu qədər parlaq şəkildə özünü göstərmiş həmrəyliyi və birliyi uzun illər qoruyub saxlamaq son dərəcə vacibdir, çünki məhz bunda Azərbaycanımızın sülhünün, sabitliyinin və rifahının əsası yatır.

ABŞ-nin 35-ci prezidenti Con Fitscerald Kennedinin dediyi kimi:

“Ölkənizdən sizin üçün nə edə biləcəyini soruşmayın, özünüzdən ölkəniz üçün nə edə biləcəyinizi soruşun”. 

(Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus).

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər