Nigina Şermuxamedova: "İnternetə çıxış insan hüquqlarının ayrılmaz hissəsidir”

Nigina Şermuxamedova: "İnternetə çıxış insan hüquqlarının ayrılmaz hissəsidir”
05.11.2025 12:59

“İnformasiya texnologiyalarının inkişafı dünyada yeni güc mərkəzlərinin yaranmasına səbəb olur. Rəqəmsallaşma artıq fundamental konstitusiya prinsiplərinə bir neçə istiqamətdə təsir göstərir və bu təsir gələcək hüquqi sistemlərin əsasını formalaşdırır”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Özbəkistan Milli Universitetinin Fəlsəfə fakültəsinin professoru, “Philosophy and Life” (“Fəlsəfə və Həyat”) beynəlxalq elmi jurnalının baş redaktoru Nigina Şermuxamedova “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiyalar və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfransda səsləndirib.

Professor qeyd edib ki, rəqəmsal mühit ənənəvi hüquqları yenidən formalaşdırır: 

“Bu gün söz və ifadə azadlığı, məlumat əldə etmək və şəxsi məlumatların qorunması hüququ kimi fundamental dəyərlər rəqəmsal reallıqlarda yeni məna qazanır. Rəqəmsal şəxsiyyət və internetdə çıxış hüququ artıq insan hüquqlarının ayrılmaz hissəsidir”.

Nigina Şermuxamedova vurğulayıb ki, hakimiyyət bölgüsü prinsipi də rəqəmsal dövrdə yeni yanaşma tələb edir:

“Məlumatlara və alqoritmlərə çıxış imkanları icra hakimiyyətinin gücünü artırır. Bu isə parlament və məhkəmə nəzarətinin daha da möhkəmləndirilməsini zəruri edir. Alqoritmik qərarların şəffaflığı və cavabdehlik mexanizmlərinin tətbiqi artıq mütləq zərurətə çevrilib”.

Professor, həmçinin kibertəhlükələrin və informasiya axınlarının sərhədləri aşmasının dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib:

“Transmilli platformaların fəaliyyəti və rəqəmsal sistemlərin artan təsiri milli suverenliyin qorunmasını prioritetə çevirir. Dövlətlər öz kritik infrastrukturunu qorumaq üçün yeni hüquqi və institusional mexanizmlər formalaşdırmalıdır. Müasir dünyada fundamental hüquqlar artıq yalnız milli konstitusiyaların çərçivəsində deyil, beynəlxalq standartlar və texnoloji təcrübələrlə birgə formalaşır. Bu, yeni bir anlayışı — qlobal “rəqəmsal konstitusionalizmi” doğurur. Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və Şimali Kipr kimi ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal transformasiya hüquqi sistemlərin modernləşməsini və siyasi mədəniyyətin inkişafını stimullaşdırır”. 

Qiymət Mahir

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News