İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib

İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib
02.06.2026 13:39

Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Azərbaycana səfər edib.  

TodayPress TV  xəbər verir ki, heyətin tərkibinə Ukraynanın Baş nazirinin müavini, energetika naziri, iqtisadiyyat naziri, “Naftoqaz”ın rəhbəri və ölkənin aparıcı şirkətlərinin nümayəndələri daxildir. 

Səfər çərçivəsində çıxış edən Baş nazir Denis Şmıqal Azərbaycanın Ukraynaya göstərdiyi enerji dəstəyinin miqyasını açıqlayıb. O, ötən qış Ukraynanın enerji infrastrukturuna edilən hücumlardan sonra Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirib.

"Azərbaycanın yardımı qışı keçirməyimizə çox kömək etdi; azərbaycanlı dostlarımız ukraynalıların bu qış donmaması və sosial obyektlərimizin fəaliyyətini davam etdirməsi üçün mühüm töhfə verdilər",- nazir qeyd edib.

Səfər çərçivəsində ikitərəfli əlaqələrin, xüsusilə enerji və iqtisadiyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində müzakirələrin aparılması nəzərdə tutulur.  

Qeyd edək ki, Azərbaycan müharibənin ən çətin dövrlərində Ukraynaya real dəstək göstərib.

Rusiya - Ukrayna müharibə başlayandan bəri Azərbaycan Ukraynaya 11 enerji dəstək paketi göndərib. Həmin paketlər çərçivəsində yüzlərlə generator və transformator, milyonlarla metr kabel və digər zəruri avadanlıqlar təhvil verilib. 

Məlumata görə, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar və enerji yardımının həcmi 45 milyon ABŞ dollarını ötüb.

Müşahidəçilərin fikrincə, bu səfər Azərbaycan və Ukrayna arasında, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

Jalə Rövşən 

NEWS FEED
15 JUNE 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 All News