Əfqan Nifti: "Ermənistanla Azərbaycan arasında imzalanmış saziş iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir"

Əfqan Nifti: "Ermənistanla Azərbaycan arasında imzalanmış saziş iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir"
24.09.2025 05:29

Son on iki ayda Xəzər regionunda müşahidə olunan inkişaf diqqətəlayiqdir.

TodayPress TV-nin məlumatına görə, bunu Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir.

“ABŞ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək. Bu dəhliz yükdaşıma həcmlərini 15 milyon tona çatdırmaq və transformativ artım yaratmaq potensialına malikdir”, - deyə o bildirib.

Əfqan Nifti deyib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən vacib arteriya kimi özünü göstərməkdə davam edir. “Dəhliz boyunca yük axınları artıb və təkcə 2024-cü ildə bu rəqəm 62 faiz artaraq 4,5 milyon tona çatıb, keçən ilin ilk on ayında konteyner daşımaları üç dəfə artıb. Xəzəryanı ölkələr arasında həm hökumət, həm də biznes səviyyəsində regionlararası əlaqələrdə nəzərəçarpacaq artım müşahidə olunub”- deyə Əfqan Nifti əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Bütün Xəbərlər