Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlıq genişləndirilir

Azərbaycanın və Gürcüstanın bölgələri arasında əməkdaşlıq genişləndirilir
18.04.2026 11:45

Azərbaycanın Batumidəki Baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Ali Şurasının yeni seçilmiş sədri Tsotne Ananidze ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, görüşdə Baş konsul Fuad Əzizov, vitse-konsul Məhbubə Namazova, həmçinin Acarıstan tərəfdən sədr müavini Ramaz Jintcharadze və Ali Şuranın üzvü Fati Khalvashi iştirak ediblər.

Görüş zamanı Azərbaycan ilə Gürcüstan, eləcə də hər iki ölkənin bölgələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Qeyd edilib ki, hər iki ölkənin dövlət və hökumət başçılarının birgə səyi nəticəsində münasibətlırimiz yüksək səviyyəyə qalxıb.

Fuad Əzizov Tsotne Ananidzeni Acarıstan Muxtar Respublikasının Ali Şurasının sədri seçilməsi münasibətilə təbrik edib. O, regionlararası iqtisadi, humanitar, mədəni və parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Baş konsul, eyni zamanda, regionlar arasında daha sıx və səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini xüsusi qeyd edib.

Tərəflər əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.

TodayPress TV

NEWS FEED
30 JULY 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 All News