"Ata ocağı" yaradıldı: Azərbaycan bayrağı Lefkoşada dalğalanacaq

"Ata ocağı" yaradıldı: Azərbaycan bayrağı Lefkoşada dalğalanacaq
25.07.2025 13:49 Siyasət

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) Azərbaycan mədəniyyətinin təbliği və iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm addım atılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu məlumat verib. 

O bildirib ki, 2012-ci ildən bəri ŞKTC-də çoxşaxəli fəaliyyət göstərən Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti uzun müddətdir rəsmi qurumlarla Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün danışıqlar aparırdı. Nəhayət, bu səylər nəticə verib və Şimali Kipr Vəqflar İdarəsi tərəfindən Lefkoşanın mərkəzi – Kiçik Kaymaklı bölgəsində mərkəzin tikintisi üçün torpaq sahəsi ayrılıb.

Orxan Həsənoğlunun sözlərinə görə, burada yalnız Azərbaycan Mədəniyyət Mərkəzi deyil, eyni zamanda bütün türk xalqları üçün ortaq bir ev – “Ata ocağı” qurulacaq:

"Bura hər birinizin evi olacaq. Çoxşaxəli fəaliyyətlərimizi buradan idarə edəcəyik. Əminik ki, yaxın gələcəkdə Lefkoşada Azərbaycanın rəsmi nümayəndəliyi də açılacaq".

O, həmçinin yaxın günlərdə Azərbaycan-Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Cavanşir Feyziyev və bir qrup deputatın əraziyə baxış keçirdiyini, layihəyə dəstək verdiklərini də qeyd edib.

Sonda o, başda Vəqflar İdarəsinin müdiri professor Mustafa Tümer olmaqla bu qərarın qəbuluna töhfə verən hər kəsə təşəkkürünü bildirib.

Töhfə Səməd 

FOTOLAR

"Ata ocağı" yaradıldı: Azərbaycan bayrağı Lefkoşada dalğalanacaq — 1
"Ata ocağı" yaradıldı: Azərbaycan bayrağı Lefkoşada dalğalanacaq — 2
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər