Laçında Zəfər yürüşü keçirildi

Laçında Zəfər yürüşü keçirildi
06.11.2025 11:36

İşğaldan azad olunan Laçında Zəfər Gününün beşinci ildönümünə həsr olunan hərbi yürüş keçirilir.

TodayPress TV xəbər verir ki, Laçın şəhər mərkəzində yerləşən Bayraq meydanından başlayan yürüşdə hərbi qulluqçuların nizam-intizamı, mərd duruşu və qələbə ruhu şəhərin küçələrində hər addımda hiss olunur. Sakinlər yolboyu toplaşaraq qəhrəman əsgərləri alqışlarla qarşılayır, onlara olan ehtiram və qürur hissini ifadə edirlər.