Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı

Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı
23.07.2025 18:12 Mədəniyyət

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən növbəti Vaqif Poeziya Günləri Şuşada nümayiş olunan "Sözün hökmdarı" adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

TodayPress TV xəbər verir ki, səhnə işinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, ssenari müəllifi şair, dramaturq İlqar Fəhmidir. 

Kompozisiyada görkəmli şair, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin dövlət idarəçiliyinə gəlişi və ədəbi yaradıcılığı diqqətə çatdırılır. 

Bir sıra teatrlardan aktyorların, bədii kollektivlərin iştirakı ilə hazırlanan nümunədə böyük şairin bir əlində qılınc, bir əlində qələm tutan sələfləri - Qazi Bürhanəddin Əhməd, Qara Yusif, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai başqaları səhnəyə gəlir. Onların dövlət idarəçiliyi ilə yanaşı, ədəbiyyat və mədəniyyətin də inkişafına qayğı göstərməklə tarixdə iz qoyduqları vurğulanır.

M.P.Vaqifin ən yaxın dostu görkəmli şair Molla Vəli Vidadi ilə olan

"Sözün hökmdarı" ədəbi-bədii kompozisiyası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bununla da, daha bir söz-sənət bayramı tarixə qovuşub.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb, Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi şəkildə şairin vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Lakin 1990-cı illərdə Qarabağın işğalı ilə bu ənənəyə ara verildi.

2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən sonra bu ənənə yenidən bərpa olundu. 2021-ci ildə Şuşada Vaqif Poeziya Günləri daha böyük ruhla keçirilməyə başlandı.

FOTOLAR

Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 1
Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 2
Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 3
Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 4
Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 5
Vaqif Poeziya Günləri "Sözün hökmdarı" ədəbi-bədii kompozisiya ilə başa çatdı — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər