“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edildi

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edildi
30.05.2025 11:58 Mədəniyyət

Ötən ilin dekabrında Bakı Şəhər İcra Hakimiyyəti və AMEA Tarix İnstitutunun birgə layihəsi olan və Vətən müharibəsində qazanılan Şanlı Qələbədən keçən dövr ərzində Azərbaycanda baş verən çox mühüm hadisələrə həsr edilən “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” adlı yeni kitab nəfis tərtibatda işıq üzü görüb. Bu kitab artıq çox böyük oxucu kütləsinin müsbət rəyini qazanan və 10 dilə tərcümə edilərək həm ölkəmizdə, həm də bir sıra xarici dövlətlərdə təqdimat mərasimləri keçirilən “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının ikinci hissəsidir.

Bu barədə TodayPress TV-yə BŞİH-dən məlumat verilib.

Bu gün isə Vətən savaşında qazanılan Şanlı Qələbədən sonrakı dövrdə ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox mühüm hadısələrin təbliğində mühüm rol oynayacaq kitabın ikinci hissəsinin rus dilində olan çapı – “История  Отечественной войны. Восстановление территориальной целостности Азербайджана” – Фактор личности” kitabı işıq üzü görüb.

Bu kitabda bir günlük anti-terror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin bərpası, Xankəndi, Ağdərə, Xocalı, Əsgəran, Xocavənddə dövlət bayrağımızın ucaldılması və Xankəndidəki tarixi hərbi parad, qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri, yeni infrastrukturun yaradılması, Böyük Qayıdış Proqramına uyğun keçmiş məcburu köçkünlərin öz doğma yurdlarına qayıdışı kimi çox mühüm tarixi hadisələr öz əksini tapıb.

Bu nəşrin Possovet dövlətləri və Şərqi Avropanın rusdilli auditoriyasına təqdim olunması nəzərdə tutulur, həmçinin ilk nəşrdə olduğu kimi dünyanın müxtəlif ali təhsil müəssisələrinə, kitabxanalara, aparıcı informasiya vasitələrinə təqdim olunacaqdır.

Bununla da xaricdəki rusdilli auditoriya İkinci Qarabağ  müharibəsindən sonra Azərbaycanda aparılan quruculuq işləri barədə daha geniş məlumat alacaqlar. 

FOTOLAR

“Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabı rus dilində çap edildi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər