Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq

Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq
15.09.2025 18:07 Mədəniyyət

Görkəmli bəstəkar, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə bir sıra ölkələrdə müxtəlif səpkili silsilə tədbirlər keçirilir.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ərəfəsində İtaliyanın Roma şəhərində konsert proqramı təşkil olunacaq. 

Sentyabrın 16-da Romanın məşhur musiqi təhsili ocaqlarından olan Santa Çeçiliya Konservatoriyasında keçiriləcək konsert proqramında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək. 

Opera müğənnisi Çinarə Şirin və pianoçu Svetlana Kosyatovanın da çıxış edəcəyi gecədə “Ritm” rəqs qrupunun ifasında milli rəqslərimiz, xalq musiqisi və nağara şou təqdim olunacaq.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər nəzərdə tutulur.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Bütün Xəbərlər