Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır

Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır
05.03.2026 11:59 Mədəniyyət

“Gilavar Foto Klubu” İctimai Birliyi “İRS” mobil tətbiqinin hazırlanması layihəsinə start verir.

TodayPress TV xəbər verir ki, layihə ötən il uğurla icra edilmiş “Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı rəqəmsal platformanın yaradılması” layihəsinin davamı olaraq həyata keçirilir.

Yeni mərhələdə məqsəd yaradılmış rəqəmsal bazanın funksional imkanlarını genişləndirmək, məlumatları mobil mühitə daşımaq və Azərbaycanın tarixi, mədəni və arxeoloji irsini daha əlçatan formada təqdim etməkdir.

Layihə rəhbəri Rəşad Mehdiyevin sözlərinə görə, mədəni irsin qorunması və təbliğində rəqəmsal həllərin rolu günbəgün artır:

“Ötən il ərzində formalaşdırılmış platforma mədəni irs obyektlərinin sistemləşdirilməsi baxımından mühüm addım oldu. Bu il isə həmin işin davamı olaraq mobil tətbiqin hazırlanması nəzərdə tutulur. Məqsədimiz məlumat bazasını daha geniş auditoriya üçün əlçatan etmək və istifadəçilərə interaktiv imkanlar təqdim etməkdir”.

Layihə çərçivəsində Azərbaycanın qərb rayonlarına ekspedisiyalar təşkil olunacaq. Səfərlər zamanı bölgələrdə yerləşən tarixi, mədəni və arxeoloji abidələrin peşəkar fotoçəkilişi aparılacaq, materiallar arxivləşdiriləcək və vahid sistemə daxil ediləcək. Toplanacaq materialların yalnız arxivləşdirilməsi deyil, eyni zamanda daxili turizmin təşviqi və maarifləndirici marşrutların formalaşdırılması baxımından istifadəsi nəzərdə tutulur. Mobil tətbiq həm yerli istifadəçilər, həm də tədqiqatçılar və turistlər üçün məlumat mənbəyi rolunu oynayacaq.

Mobil tətbiqdə məkanlar bölgələr üzrə təsnif ediləcək, hər bir obyekt haqqında qısa və dolğun məlumat, yerləşdiyi şəhər və rayon, əhəmiyyətlilik dərəcəsi, inventar nömrəsi və coğrafi koordinatlar təqdim olunacaq. Eyni zamanda fotomateriallar vahid arxiv prinsipi ilə sistemləşdiriləcək.

Paralel olaraq xüsusi Google xəritə inteqrasiyası üzərində işlər aparılır. Bu layihə çərçivəsində ilk dəfə olaraq yalnız sənədləşdirilmiş və fotoşəkilləri çəkilmiş obyektlərin ayrıca rəqəmsal xəritələşdirilməsi həyata keçiriləcək. Xəritədə layihə çərçivəsində qeydə alınmış məkanların dəqiq koordinatları yerləşdiriləcək ki, bu da həm məlumatların dəqiqliyini təmin edəcək, həm də mədəni turizmin inkişafına əlavə imkanlar yaradacaq.

Gələcək mərhələdə tətbiqin ölkənin digər regionlarını da əhatə etməsi, yeni məkanların əlavə olunması və məlumat bazasının genişləndirilməsi nəzərdə tutulur.

Layihənin yekununda “İRS” mobil tətbiqinin ictimaiyyətə təqdimatı keçiriləcək.

Qeyd edək ki, “İRS” mobil tətbiqinin hazırlanması layihəsi Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi çərçivəsində icra olunur. Layihə Azərbaycanın mədəni irsinin rəqəmsal yaddaşının formalaşdırılmasına, milli-mədəni dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər