Kukla səhnəsinin “Qış nağılı”

Kukla səhnəsinin “Qış nağılı”
27.12.2025 17:46 Mədəniyyət

27 dekabr tarixində Azərbaycan Dövlət Kukla Teatrında məktəblilərin qış tətili və Yeni il bayramı münasibətilə hazırlanan “Qış nağılı” adlı əyləncəli səhnə əsərinin premyerası baş tutdu.

TodayPress TV xəbər verir ki, bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Ənənəyə sadiq qalaraq, bu dəfə də ilk tamaşaçılar Vətən müharibəsi şəhid və qazilərinin övladları, eləcə də əlilliyi olan uşaq və yeniyetmələr oldu.

Komik və əyləncəli hadisələr fonunda təqdim olunan ibrətamiz mövzulu tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Nağıl aləminə səyahətə çıxan uşaqlar bu dəfə yalnız müşahidəçi yox, həm də səhnənin bir parçasına çevrilirlər.

İnteraktiv şəkildə təqdim olunan bu birhissəli tamaşanın süjet xətti sadə və anlaşıqlıdır: uşaqlar bir araya gələrək Şaxta Babaya özəl bir hədiyyə – sevdikləri sehrli nağılların toplandığı bir kitab təqdim etmək istəyirlər. Lakin bu niyyətlərindən xəbər tutan Cadugər kitabı oğurlayır və nağılların süjetini dəyişdirir. Nəticədə hamımıza tanış nağıl qəhrəmanları – Cırtdan, Məlikməmməd, Tıq-tıq xanım, Göyçək Fatma, Div, Hadı, Bıdı və başqaları tamam fərqli rollarda və vəziyyətlərdə görünürlər. Amma Şaxta Baba və uşaqlar birlikdə bu hiylənin qarşısını alır, nağılları əvvəlki halına qaytarırlar. Peşman olan Cadugər bağışlanır və bayram şənliyinə qoşulur.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi – teatrın baş rejissoru Anar Məmmədov, səhnə tərtibatçısı isə baş rəssam İqbal Əliyevdir. Tamaşada teatrın bütün aktyor truppası növbəli şəkildə iştirak edir.

Hər iki premyera nümayişi anşlaqla keçdi. Tamaşalardan sonra uşaqlara teatrın daxili imkanları hesabına hazırlanmış bayram hədiyyələri təqdim olundu.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının bayram repertuarı 27 dekabr- 4 yanvar tarixlərini əhatə edir. Tamaşalar hər gün 12:00, 14:00, 16:00 və 18:00 saatlarında nümayiş olunur.

TodayPress TV 

PHOTOS

Kukla səhnəsinin “Qış nağılı” — 1
Kukla səhnəsinin “Qış nağılı” — 2
Kukla səhnəsinin “Qış nağılı” — 3
Kukla səhnəsinin “Qış nağılı” — 4
Kukla səhnəsinin “Qış nağılı” — 5
NEWS FEED
30 JULY 2026
ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 All News