Fransada Azərbaycan pavilyonu fəaliyyət göstərəcək

Fransada Azərbaycan pavilyonu fəaliyyət göstərəcək
06.09.2025 20:30 Mədəniyyət

Sentyabrın 11-dən 14-dək Fransanın paytaxtı Paris şəhərində, Eyfel qülləsinin yaxınlığında keçiriləcək Beynəlxalq Qastronomiya günləri çərçivəsində Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. 

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və "Azərbaycan Dostları" Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçiriləcək. 

Pavilyonda Azərbaycan mətbəxinin inciləri - ənənəvi yeməklərlə, şərablarla yanaşı, milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək. 

Bu il tədbirdə ölkənin ən böyük turizm şirkətlərindən olan "Gabala Hospitality Group"u qonaqları Azərbaycanın qastronomik turizm destinasiyası olan füsunkar Qəbələ bölgəsinin kulinariya irsi ilə tanış edəcək. Qrupun aşpazları Elmar Əliyev və Rasim Nəcəfov ziyarətçilərə bölgənin dağ ətrini və zəngin dadlarını əks etdirən yeməkləri təqdim edəcək. Həmçinin yerli şərablar, müxtəlif milli məhsullar iştirakçılara təqdim olunacaq.

Ziyarətçilərə "Happy Day Cake" şirniyyat evinin hazırladığı paxlava və şəkərbura da təqdim olunacaq. 

Bununla yanaşı, tədbirdə iştirakçılar Azərbaycan xalqının qədim şirniyyat mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Festival 2016-cı ildən etibarən keçirilir. Bu il baş tutacaq festivalda 60-dan çox ölkə təmsil olunacaq.  

Tədbirə 40 000-dən artıq ziyarətçinin iştirakı gözlənilir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Bütün Xəbərlər