“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi
10.10.2025 10:15 Mədəniyyət

Pakistan Milli Assambleyasında Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah, federal nazirlər, senatorlar, diplomatlar, media və QHT nümayəndələri, eləcə də bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və “Qurani-Kərim”dən duaların oxunması ilə başlayıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib və Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş etdirilib.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdəki çıxışında 44 günlük Vətən müharibəsinin gedişindən danışaraq qeyd edib ki, Ermənistanın təxribatına cavab olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq Qələbə qazanıb. Diplomat bildirib ki, 2023-cü ilin 19–20 sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub və 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.

Səfir vurğulayıb ki, Pakistan münaqişə dövründən bu günədək Azərbaycanın ədalətli mövqeyini bütün platformalarda dəstəkləyib. O, kitabın urdu dilinə tərcüməsinin Pakistan ictimaiyyətinə Azərbaycanın Vətən müharibəsi tarixi ilə yaxından tanış olmaq imkanı verəcəyini bildirib.

Daha sonra Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah və Türkiyə Respublikasının  Pakistandakı səfiri İrfan Nəziroğlu çıxış edərək 2020-ci il Qələbəsini və qardaş ölkələrin Azərbaycana həmrəyliyini vurğulayıblar.

Sonda kitabın nüsxələri iştirakçılara, Pakistan Milli Assambleyasının kitabxanasına, eləcə də ölkənin beyin mərkəzləri, kitabxanaları və ali təhsil ocaqlarına təqdim olunub.

TodayPress TV

FOTOLAR

“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi — 1
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi — 2
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi — 3
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi — 4
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində təqdimatı keçirildi — 5
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər