“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi

“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi
06.07.2025 13:07 Mədəniyyət

3 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncama və Mədəniyyət Nazirinin 7 aprel 2025-ci il tarixli, yubileyə dair Tədbirlər Planına əsasən, Şəki Dövlət Dram Teatrında Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin müəllifi olduğu “Dar ağacı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın ictimai baxışı keçirilib.

TodayPress TV xəbər verir ki, tarixi dramda Azərbaycanın Ərəb xilafətinə və yadelli işğalçılara qarşı apardığı azadlıq mübarizəsi səhnələşdirilir.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədovdur. Musiqi tərtibatı bəstəkar, SSRİ Xalq artisti Aqşin Əlizadəyə, mahnıların bəstəsi Xatirə Orucovaya, səhnə döyüşlərinin quruluşu Sahib Novruzova, baletmeyster işi Çingiz Novruzəliyevə, vokal hazırlığı isə Fərqanə Salamovaya məxsusdur.

Səhnə əsərində Əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev və Cavidan Eminov (ərəb əsgərləri) çıxış ediblər.

Tamaşadan əvvəl qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən və kitablarından ibarət sərgi ilə tanış olublar.

FOTOLAR

“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi — 1
“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi — 2
“Dar ağacı” tamaşasının ictimai baxışı keçirildi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər